Avronest PA-nın Bakıda keçirilən ikinci plenar sessiyasında iştirak edən erməni deputatlar Dağlıq Qarabağın icmalarının görüşünün keçirilməsinin tərəfdarı olduqlarını bildiriblər. Bu barədə cümə axşamı Trend-ə "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin üzvü, Milli Məclisin deputatı Rövşən Rzayev bildirib. Onun sözlərinə görə, plenar sessiya çərçivəsində aparılan söhbətlər zamanı Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşlərinin vacib olduğu qeyd edilib.

Tarix : 5-04-2012, 13:46

Ermənistan Ordusunun bölmələri aprelin 4-də saat 16.45-dən 17.00-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində yerləşən mövqelərimizi, saat 08.30-dan 08.50-dək Ağdam rayonunun Mərzili kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.20-dən 22.30-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Tarix : 5-04-2012, 12:40

“Avronest Parlament Assambleyası Avropa Şərq Tərəfdaşlığı Proqramının qurumudur və biz yeni nəsil ticarət əlaqələrinin yaradılmasına çalışırıq”. Lent.az-ın verdiyi məlumata görə, bunu Avronest Parlament Assambleyasının həmsədri, Avropa Parlamentinin təmsilçisi Kristian Vigenn söyləyib. O, Dağlıq Qarabağ məsələsində Avronest Parlament Assambleyasının bir ölkəni dəstəkləyə bilməyəcəyini də bildirib: “Bizə vaxt verin ki, bu qurumun işini quraq. Biz gələcəkdə regiondakı təhdidləri, münaqişələri müzakirə edə bilərik. Biz komitələrdə müxtəlif təşəbbüsləri müzakirə edirik.

Tarix : 4-04-2012, 14:34

“Dağlıq Qarabağ münaqişəsi regiondakı təhlükələrdən birdir. Lakin regionda digər təhlükəli münaqişə bölgələri də var”. APA-nın xəbərinə görə, bunu Avronest Parlament Assambleyasının (PA) həmsədri Kristian Vigenin PA-nın Bakıda keçirilən 2-ci sessiyasının yekunlarına dair mətbuat konfransında deyib. Avronest PA-nın digər həmsədri Boris Tarasyuk isə Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməli olduğunu söyləyib.

Tarix : 4-04-2012, 13:53

Avropa İttifaqı Cənubi Qafqazda münaqişələrin həlli üzrə təşəbbüsü üzərinə götürməlidir. Trend-in məlumatına görə, bunu Bakıda Avronest PA-nın növbəti sessiyasının son iş günündə keçirilən plenar iclasda azərbaycanlı deputat Fərəc Quliyev bildirib. "Həm Gürcüstan, həm Azərbaycan, həm də Ermənistan Avropa İttifaqının "Şərq Tərəfdaşlıq" proqramının üzvüdür və köhnə qitəyə inteqrasiya olunmağa çalışır. Aİ-nin Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndələri var", - millət vəkili deyib.

Tarix : 4-04-2012, 11:34

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 3-də saat 14:30-dan 14:35-dək Ermənistanın Noyenberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi, saat 19:05-dən 19:10-dək Ermənistan Respublikasının Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 21:45-dən 21:55-dək və 22:40-dan 23:00-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Tarix : 4-04-2012, 10:18

Dağlıq Qarabağ münaqişəsinin yeganə həll yolu tərəflər arasında etimadın və qarşılıqlı anlaşmanın yaradılmasındadır. Trend-in məlumatına görə, bunu Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle çərşənbə axşamı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla birgə mətbuat konfransında deyib.

Tarix : 3-04-2012, 15:33

APA-nın məlumatına görə, bu fikirlər Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova məxsusdur. Nazir bildirib ki, Azərbaycanın mövqeyi ondan ibarətdir ki, bu məsələ həllini tapmaq üçün yetişib: “Bəlkə yekun variantda, statusun qəti şəkildə müəyyən olunması şəklində olmasa da, ilkin formada həllin tapmalıdır.

Tarix : 2-04-2012, 15:21

Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən 19 il keçir. APA-nın məlumatına görə, Kəlbəcər bir neçə gün davam edən döyüşlərdən sonra 1993-cü il aprelin 2-də işğal edilib. Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən, 1936 kv/km ərazisi olan Kəlbəcərin ermənilər tərəfindən işğal edilməsi nəticəsində günahsız insanlara vəhşicəsinə divan tutulub, 511 dinc sakin öldürülüb, 321 nəfər isə əsir götürülüb və itkin düşüb, 58 min rayon sakini ata-baba torpağından didərgin salınıb.

Tarix : 2-04-2012, 10:28

Martın 24-də "Macəra və səyahət: unudulmuş Müqəddəs Torpağın kəşfi" ("Adventure & Travel: Discovering the Forgotten Holy Land," Off Duty) jurnalında haqqında danışıldığı kimi Azərbaycan Ermənistan ərazilərinə iddia etmir. Əksinə, Ermənistan Azərbaycanın torpaqlarını işğal etməkdə davam edir. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri Nəsimi Ağayevin "The Wall Street Journal"da dərc edilən məktubunda deyilir.

Tarix : 30-03-2012, 12:06
İqtisadiyyat
Ölkədə
QHT xəbərləri
AVCIYA.AZ Yuxarı