Türkmənistanın paytaxtı Aşqabad şəhərində İslam Əməkdaşlığı Təşkilatının "Müsəlman Dünyasında Qaçqınlar" adlı nazirlər səviyyəsində keçirilmiş Beynəlxalq Konfransının yekununda qəbul edilmiş "Aşqabad Bəyannaməsi"ndə Azərbaycanın ərazi bütövlüyü məsələsi əksini tapıb. Trend-in XİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bəyannamədə qeyd olunur ki, təşkilat azərbaycanlı qaçqınlar və qovulmuş əhalinin təhlükəsizliyi, şərəf və ləyaqətləri təmin edilməklə öz evlərinə qayıtmaları üçün şərait yaradılmasını tələb edir və bu məqsədlə Azərbaycan hökuməti və xalqının göstərdiyi səylərə verilən dəstəklə tam şərikliyini bir daha təsdiq edir.

Tarix : 15-05-2012, 10:17

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Robert Bradtke (ABŞ), Jak For (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik mayın 11-14-də regiona səfərləri çərçivəsində Yerevan və Bakıda olduqları zaman Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə son səyləri müzakirə etmək üçün prezidentlər İlham Əliyev və Serj Sarkisyanla görüşüblər. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi ATƏT-in saytında yerləşdirilən Minsk qrupunun bəyanatında deyilir.

Tarix : 14-05-2012, 18:28

Azərbaycan prezidenti İlham Əliyev mayın 14-də ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Robert Bradtkeni (ABŞ), Jak Foru (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşiki qəbul edib. APA-nın məlumatına görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.

Tarix : 14-05-2012, 18:03

Rusiya Dövlət Dumasının MDB Dövlətləri ilə iş üzrə komitəsinin sədri, Liberal Demokrat Partiyasının üzvü Leonid Slutskinin APA-nın Moskva müxbirinə müsahibəsi

Tarix : 14-05-2012, 14:24

Mayın 11-də və 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini növbəti dəfə pozub.

Tarix : 12-05-2012, 10:39

ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Jak For (Fransa), İqor Popov (Rusiya) şənbə günü Yerevanda Ermənistan rəhbərliyi ilə görüşlər keçirəcəklər. Trend-in məlumatına görə, bu barədə Ermənistan XİN-in mətbuat xidməti xəbər verir. Səfər zamanı həmsədrlərin Ermənistan Prezidenti Serj Sarkisyan və XİN rəhbəri Edvard Nalbandyanla görüşləri də nəzərdə tutulub. Xəbəri "Novosti-Armeniya" yazır.

Tarix : 11-05-2012, 12:42

Suveren dövlətlərdə beynəlxalq hüquq və azadlıq hüququnun norma və prinsiplərinə əməl olunmasını təmin etmək üçün beynəlxalq münasibətlərdə ədalət və bərabərliyin dəstəklənməsi Azərbaycanın başlıca vəzifəsi olub və olaraq qalmaqdadır. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Misirin Şarm əl-Şeyx şəhərində Qoşulmama Hərəkatının iclasındakı çıxışı zamanı deyib.

Tarix : 10-05-2012, 17:18

Cəbhədə vəziyyət gərginləşib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tarix : 10-05-2012, 10:42

Şuşanın işğalının 20-ci ildönümü ilə bağlı Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun yaydığı press-reliz ABŞ-ın 90-a qədər ümumamerika və ştat səviyyəli KİV orqanları tərəfindən dərc edilib. Baş Konsulluqdan APA-ya verilən məlumata görə, bunların sırasında “ABC-7 San Francisco”, “NBC-5 Seattle” və “Northwest Cable News” kimi televiziya kanallarını, “Boston Globe”, “Worcester Telegram & Gazette” (Massaçussets ştatı), “Sacramento Bee”, “Los Angeles Business” (Kaliforniya ştatı), “The Herald” (Cənubi Karolina ştatı) kimi qəzetləri və “YahooNews” xəbər portalını qeyd etmək olar.

Tarix : 10-05-2012, 10:21

Heydər Əliyev İrsini Araşdırma Mərkəzi tərəfindən Xocalı soyqırımının 20-ci ildönümü ərəfəsində Azərbaycan, ingilis, fransız və rus dillərində çap edilmiş "Xocalı-1992" kitabının nüsxələri ABŞ-ın Harvard Universitetinin kitabxanasında yer alıb. Trend-in məlumatına görə, bu barədə kitabın yaradıcı heyətinin rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayev bildirib. Onun sözlərinə görə, Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşrləri bir qayda olaraq Azərbaycan dili ilə yanaşı geniş yayılmış xarici dillərdə çap edilir.

Tarix : 8-05-2012, 15:21
İqtisadiyyat
Ölkədə
QHT xəbərləri
AVCIYA.AZ Yuxarı