Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bütün Qafqazın dərdidir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Gürcüstan Prezidenti Mixail Saakaşvili Gürcüstan-Ermənistan biznes forumunda çıxışı zamanı deyib. Forumun işində Ermənistan Prezidenti Serj Sarkisyan da iştirak edib. "Bu gün bizim üçün ən ağrılı problem Ermənistan və Azərbaycan arasında mövcud olan münaqişədir. Bu, bütün Qafqazın, eləcə də Gürcüstanın dərdidir", - Saakaşvili bildirib.
Tarix : 30-11-2011, 18:26
Dağlıq Qarabağın erməni icmasının nümayəndələri Berlində nəzərdə tutulan görüşə gəlməyiblər. "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyindən çərşənbə günü Trend-ə bildirblər ki, noyabrın 28-də Berlində "Dialoq Forum - Dağlıq Qarabağ. Dağlıq Qarabağdan olan azərbaycanlıların və ermənilərin görüşü" adlı tədbir keçirilib. Məlumata görə, tədbirə dəvət olunan Dağlıq Qarabağın erməni nümayəndələri dialoqda iştirak üçün razılıq versələr də, tədbirə qatılmaqdan imtina ediblər.
Tarix : 30-11-2011, 10:53
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün Azərbaycan-Ermənistan sərhədində monitorinq keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycanın Qazax rayonunun Cəfərli və Ermənistanın Kayan kəndləri arasında yerləşən yoldakı təmas xəttində baş tutan monitorinq insidentsiz başa çatıb. Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun şəxsi köməkçisi Uilyam Praroy və səhra köməkçisi Antal Herdiç, Təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin əlaqələndiricisi İmre Palatinus, səhra köməkçiləri Xristo Xristov və Marius Puodziunas keçiriblər.
Tarix : 29-11-2011, 15:13
Hamını "bizdən şərqdə xristian olmadığına" və guya "ermənilərin Yer üzündə ən qədim xristian milləti" olduğuna inandırmağa çalışan adamdan bu tip bəyanatlar eşitmək sevindirici və eyni zamanda təəccüblüdür. Bunu Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev Ermənistanın dövlət başçısı Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsinin dini xarakter daşımadığına dair bəyanatını şərh edərkən çərşənbə axşamı Trend-ə bildirib.
Tarix : 29-11-2011, 11:37
“Türkiyə ilə Ermənistan arasında imzalanmış protokolların Türkiyə parlamentində səsverməyə çıxarılması ehtimalı hələ də var”. APA-nın xəbərinə görə, bu sözləri Ermənistanın “News.am” xəbər portalına açıqlamasında Beynəlxalq Böhran Qrupunun Avropa proqramının direktoru Sabina Freyzer deyib. Lakin o hesab edir ki, bunun baş verməsi üçün Dağlıq Qarabağ münaqişəsinin həllində müəyyən irəliləyiş olmalıdır: “Bu iki proses arasında hüquqi əlaqə olmasa da, praktikada Türkiyə siyasi mülahizələrlə bu prosesləri bir-biri ilə əlaqələndirib.
Tarix : 29-11-2011, 11:33
ATƏT-in Minsk qrupunun Fransadan olan yeni həmsədri Jak For öz missiyasına hazırlaşır. Trend-in məlumatına görə, bu barədə Fransanın Azərbaycandakı səfirliyinin rəsmi məlumatında deyilir. Səfir Bernar Fasye Minsk qrupundakı fransa həmsədrliyi missiyasını bu ilin sonunda başa çatdıracaq. Onu əvəz edəcək, əvvəllər Fransanın Ukraynadakı səfiri olmuş Jak For öz missiyasına hazırlaşır. Hazırda o, Minsk qrupunun həmsədrlər institutunun fəaliyyətini öyrənir.
Tarix : 28-11-2011, 15:15
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə bildiriblər ki, Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 27-də saat 16.30-dan 16.35-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Tarix : 28-11-2011, 11:35
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq noyabrın 29-da Azərbaycan-Ermənistan sərhədində monitorinq keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinq Azərbaycanın Qazax rayonunun Cəfərli və Ermənistanın Kayan kəndləri arasında yerləşən yoldakı təmas xəttində baş tutacaq.
Tarix : 28-11-2011, 10:49
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 25-də saat 18.40-dan 18.50-dək və 20.15-dən 20.25-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən saat 23.10-dan 23.15-dək, 23.25-dən 23.30-dək və 23.31-dən 23.36-dək Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Tarix : 26-11-2011, 10:16
Vaşinqtonda Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutu və İpək Yolu Tədqiqat Proqramının elmi araşdırmalar üzrə direktoru, Təhlükəsizlik və inkişaf siyasətinin öyrənilməsi üzrə Stokholm İnstitutunun həmtəsisçisi və direktoru Svante Kornellin (Svante Cornell) APA-ya müsahibəsi.
Tarix : 25-11-2011, 15:47
|