Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Varşavada ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb. APA-nın məlumatına görə, Ermənistan Xarici İşlər Nazirliyi görüşün detallarını açıqlamayıb. Qeyd edək ki, Nalbandyanın həmsədrlərlə son görüşü vasitəçilərin regiona səfəri çərçivəsində İrəvanda baş tutub.

Tarix : 12-04-2012, 10:46

Ağdamda 1 ədəd Ermənistan istehsalı olan PMN-E piyada əleyhinə mina aşkar edilib. Bu barədə Trend-ə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyini (ANAMA) mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Ağdam rayon İcra Hakimiyyətinin mülki müdafiə rəisi Mənsur Quliyev ANAMA-ya Ağdam rayon ərazisində mina tapılması barədə müraciət edib. Müraciətə əsasən ANAMA mütəxəssisləri tərəfindən Ağdam rayonu İmanqulubəyli kəndi ərazisində Xaçın çay bölgəsində 1 ədəd Ermənistan istehsalı olan PMN-E piyada əleyhinə mina aşkar edilib.

Tarix : 11-04-2012, 17:50

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 12-də Azərbaycan Respublikasının Ağdam rayonunun Yusifcanlı kəndinin yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Bu barədə Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin koordinatoru Piter Ki, səhra köməkçisi Xristo Xristov və ATƏT-in yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi polkovnik İlhami Dəyirmançıoğlu keçirəcəklər.

Tarix : 11-04-2012, 12:24

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri aprelin 2-də Ermənistanda saxlanılan azərbaycanlı hərbi əsirə baş çəkiblər. BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat katibi Şəhla Qəhrəmanovanın APA-ya verdiyi məlumata görə, hərbi əsirə bir qızıl xaç məktubu çatdırılıb, ondan isə bir qızıl xaç məktubu götürülüb.  Hərbi əsirin atası aprelin 6-da BQXK-nın Azərbaycan nümayəndəliyində olub və əsirin məktubu ona çatdırılıb.

Tarix : 10-04-2012, 10:20

Azərbaycan, Rusiya və Ermənistan parlamentləri Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verə bilərlər. Trend-in məlumatına görə, bu barədə Rusiyanın Federasiya Şurasının sədri Valentina Matviyenko bazar ertəsi Bakıda bəyan edib. "Bizə diqqəti üç ölkənin ziyalılarının və mədəniyyət xadimlərinin görüşlərinin təşkilinə cəmləşdirmək lazımdır. Bizim vəzifəmiz etimad atmosferi yaratmaqdır. Onsuz, inamın gücləndirilməsi olmadan bu problemin praktiki həllini tapmaq çox çətin olacaq", - Matviyenko bazar ertəsi Bakıda jurnalistlərə deyib.

Tarix : 9-04-2012, 12:54

Aprelin 12-də Ermənistanın Gümrü şəhərində Azərbaycan filmlərinin festivalının keçirilməsi planlaşdırılır. APA-nın festivalın təşkilatçısı olan “Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzi”nə istinadən yaydığı məlumata görə, Gümrü Jurnalistlər Klubunda 2007-2008-ci illərdə Azərbaycanda çəkilmiş 4 qısametrajlı (bir sənədli, 3 bədii) filmin nümayişi planlaşdırılır. Səsvermə nəticəsində filmlərdən biri “Tamaşaçı simpatiyası” nominasiyası üzrə qalib elan olunacaq. Filmlər erməni dilinə tərcümə olunub. Festival Böyük Britaniya və ABŞ-ın Ermənistandakı səfirliklərinin dəstəyi ilə keçirilir.

Tarix : 9-04-2012, 12:33

Dinc yolla həll edilməli olan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Rusiyanın mövqeyi dəyişməzdir. Bunu RF XİN rəhbəri Sergey Lavrov bəyan edib. Bu barədə Trend cümə günü RİA Novosti-yə istinadən məlumat verir. "Bütün aydınlığı və dəqiqliyi ilə təsdiqləmək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində bizim mövqeyimizdə heç bir dəyişiklik baş verməyib. Bizim mövqeyimiz həmsədrlərin hazırladıqları prinsipial yanaşmalara söykənir", - Lavrov deyib.

Tarix : 6-04-2012, 18:48

“Moskva İrana qarşı müharibə şayiələrindən Cənubi Qafqazda mövqelərinin möhkəmlətmək üçün istifadə edir. ABŞ İsraili İrana hücum etməməyə çağırır və düşünürəm ki, bu, baş verməyəcək”. APA-nın məlumatına görə, bu fikirləri Ceymstaun Fondunun prezidenti Qlen Hovard jurnalistlərə açıqlamasında söyləyib. “Mütləq “kimə sərf edir” sualına cavab tapmaq lazımdır. Yəni, bu bəyanatların kimə sərf etməsini aydınlaşdırmaq lazımdır.

Tarix : 6-04-2012, 14:53

Avronest Parlament Assambleyasının Sosial Məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyəti üzrə Komitədə müzakirə olunan və Avronest Parlament Assambleyasının sessiyasında qəbul edilən qətnamə layihəsində mühüm məqam yer alıb.  Sosial Məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyəti üzrə Komitəsinin üzvü, millət vəkili Azay Quliyev Lent.az-a açıqlamasında deyib ki, qətnamə layihəsində Avropa dəyərləri, Avropa Parlamenti , Avronest Parlament Assambleyasının gələcəkdə fəaliyyətini qurmaq üçün hansı əsaslar üzərində fəaliyyət göstərəcəyi, hansı sənədlərə istinad ediləcəyi əksini tapıb.

Tarix : 6-04-2012, 10:10

Biz insanların həlak olmasına təəssüf edir və yenə də Dağlıq Qarabağ münaqişəsinin tərəflərini danışıqlar atmosferinin daha da yaxşılaşdırmaq, lazımsız qurbanlardan qaçmaq və mövcud atəşkəs rejiminin daha da möhkəmləndirmək üçün addımlar atmağa, o cümlədən snayperləri qoşunların təmas xəttindən geri çəkməyə çağırırıq”. APA-nın Erməni Milli Komitəsinin saytına istinadən yaydığı məlumata görə, ABŞ-ın dövlət katibi Hillari Klinton Kaliforniyadan olan konqresmen-deputat Hovard Bermanın yazılı sorğusunu belə cavablandırıb.

Tarix : 5-04-2012, 17:28
İqtisadiyyat
Ölkədə
QHT xəbərləri
AVCIYA.AZ Yuxarı