“KarabakhİNFO.com” və 1905.az arasında görüş keçirilib

Göyçayda selin dağıtdığı piyada körpüsü bərpa edildi
“İlham Əliyevin seçki təbliğatı kampaniyasında şəxsən iştirak etməsinə ehtiyac yoxdur”
“Azərbaycanda qondarma “siyasi məhbus” problemi: mif və reallıqlar” mövzusunda dəyirmi masa keçiriləcək

“KarabakhİNFO.com” beynəlxalq elektron jurnalının redaksiyasında Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin rəhbəri, 1905.az saytının Baş redaktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayev və onun müavini Gündüz Nəsibovla görüş keçirilib. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının tərkibinə daxil olan hər iki saytın əsas məqsədi ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım siyasətinin tarixi barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, münaqişənin həlli yolları ilə bağlı yerli və beynəlxalq ekspertlərin fikirlərini oxucularla paylaşmaqdır. Görüş zamanı hər iki elektron resursun əməkdaşlıq məsələləri müzakirə edilmiş, AVCİYA təşkilatına daxil olan analoji saytlarla birgə ermənilərə qarşı mübarizənin yeni strategiyası müəyyən edilmişdir.

1905.az saytının rəhbəri Fuad Babayev hazırda yeni mediada Qarabağ məsələsinə ayrılan mövzular barədə danışıb və onların da bu işdə birgə çalışmasının zərurətini qeyd edib. KarabakhİNFO.com beynəlxalq elektron jurnalının Baş redaktoru Zaur Qəriboğlu hazırda erməni mediasının diqqətlə izləndiyini bildirirək onların bizə qarşı apardıqları informasiya mübarizəsinin qarşılığının verilməsi üçün çalışdıqların qeyd edib.

Sonda birgə layihələr və tədbirlər keçirilməsi barədə razılığa gəlindi.

“KarabakhİNFO.com”