Kolumbiya Senatında Azərbaycanla bağlı təqdimat keçirilib

Nyu-Yorkda BMT Baş Assambleyasının ümumi siyasi diskussiyaları keçirilib
Siyasi Sənədlər Arxivində “Müstəqilliyə gedən yol – tarixi həqiqətlər prizmasında” mövzusunda “dəyirmi masa” keçirilib
Ali qonağın şərəfinə

Azərbaycanın Kolumbiyadakı səfirliyi Kolumbiya Senatında bir qrup senatorun iştirakı ilə ölkəmizə həsr olunan təqdimat-görüş keçirib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirin əvvəlində Kolumbiya-Azərbaycan dostluq qrupunun sədri senator Teresita Qarsia Romero çıxış edərək Azərbaycan Respublikasının nümunəvi inkişaf yolu keçdiyini, regionun ən önəmli ölkəsinə çevrildiyini qeyd edib. Azərbaycanın siyasi, iqtisadi çəkisinə diqqət çəkən senator bu ölkənin həyata keçirdiyi nəhəng layihələrin bütövlükdə regional sabitliyə və inkişafa xidmət etdiyini vurğulayıb. Senator bir qrup həmkarı ilə Azərbaycana səfərini və yüksək səviyyəli görüşlərini məmnunluqla xatırladıqlarını bildirərək, Azərbaycanın və Kolumbiyanın iki dost ölkə olduğunu, Dağlıq Qarabağ münaqişəsində Kolumbiya Senatının Azərbaycanın ədalətli mövqeyini həmişə dəstəklədiyini qeyd edib.

Daha sonra müvəqqəti işlər vəkili Ramil Fərzəliyev “Azərbaycan müstəqilliyin 25-ci ilində” adlı təqdimatla çıxış edib. Təqdimatın əvvəlində Azərbaycanın keçdiyi tarixi-siyasi dövrlərdən, Gülüstan və Türkmənçay müqavilələrindən, Azərbaycan Xalq Cümhuriyyətindən slaydlarla bəhs edilib.

Daha sonra sovet işğalı və sovet dövrü, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, müstəqilliyin bərpası, ümummilli lider Heydər Əliyev tərəfindən milli dövlətçiliyin əsasının qoyulması, iqtisadi və siyasi sabitliyin bərpa edilməsindən bəhs edilib.

Diplomat Azərbaycanın dinamik inkişafından, müasir ordu quruculuğundan, nəqliyyat, eləcə də tranzit və enerji dəhlizlərinin yaradılmasından, infrastruktur layihələrinin reallaşdırılması sahəsində görülən işlərdən xəritələr və fotoşəkillərlə bəhs edib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.