Leninqrad uğrunda döyüşlərdə həlak olmuş azərbaycanlı əsgərlərin xatirəsi anılıb

Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı sammiti keçirilib
ABŞ-ın Pitsburq şəhərində 28 may Azərbaycan Günü elan edilib
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov Leninqradın faşist blokadasından tamamilə azad olunması gününə həsr olunmuş təntənəli matəm mərasimində iştirak edib. Tədbir Piskaryovo Memorial qəbiristanlığında keçirilib.

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğundan AZƏRTAC-a bildiriblər ki, Sultan Qasımov, baş konsulluğun əməkdaşları, Azərbaycan diasporunun nümayəndələri Piskaryovo Memorial qəbiristanlığında Leninqradın faşistlərdən azad olunması uğrunda döyüşlərdə həyatını itirmiş azərbaycanlı əsgərlərin xatirə lövhəsinin önünə gül dəstələri qoyublar.

Leninqradın 1941-ci il sentyabrın 8-dən başlanmış blokadası 900 gün davam edib və 1943-cü il yanvarın 18-də yarılıb. Lakin mühasirəyə tamamilə son qoyulması 1944-cü il yanvarın 27-nə təsadüf edir. Bu il blokada qurbanlarının xatirəsini anmaq üçün 30 minə yaxın insan Sankt-Peterburqdakı Piskaryovo qəbiristanlığına gəlib.

Mərasimdə Peterburqun qubernatoru Georgi Poltavçenko və Prezidentin Şimal-Qərb federal dairəsində səlahiyyətli nümayəndəsi Aleksandr Beqlov, həmçinin RF Federasiya Şurasının sədri Valentina Matvienko iştirak ediblər.

Fəridə Abdullayeva, AZƏRTAC-ın xüsusi müxbiri

Moskva