|
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) yeni nəşri işıq üzü görmüşdür. “Bakı haqqında 20 etüd” adlanan bu kitab-albom Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr edilmişdir. Kitabın yaradıcı heyəti hər daşına bələd olduğumuz, hər gün küçələrini dolaşdığımız Bakını yeni rakursda – 20 etüddə təqdim edirlər. Kitab-albomun ideya müəllifi AVCİYA-nın prezidenti, Şamaxının millət vəkili, Azərbaycan Respublikasının AŞPA-dakı nümayəndə heyətinin üzvü, AVRONEST Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov, buraxılışa məsul AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov, yaradıcı qrupun rəhbəri Fuad Babayevdir. Tarix : 23-01-2012, 11:55
|
AVCIYA.AZ
Yuxarı











