Mətbuat üçün məlumat (9-11 noyabr 2013-cü il tarixlərdə keçirilən konfrans ilə bağlı)

“The Washington Times”da Azərbaycan səfirinin Kəlbəcərin işğalı ilə əlaqədar məqaləsi dərc edilib
MN: Ermənistan silahlı qüvvələrinin bölmələri kombaynı atəşə tutub
“Qaradağlıdan Xocalıya” mövzusunda “dəyirmi masa” keçirilib

Tərtər, Bərdə, Ağcabədi, Ağdam və Goranboyrayonlarında ictimaiyyətinin və vəzifəli şəxslərin iştirakı ilə9-11 noyabr 2013-cü il tarixlərdə Bərdə elektron kitabxanasının, Tərtər və Goranboy rayon Gənclər mərkəzinin, Ağdam rayonu Xındırstan kəndində yerləşən Su və kanalizasiya İdarəsinin, Ağcabədi bələdiyyəsinin binalarındaAzərbaycan Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası tərəfindən həyata keçirilən “Sərsəng-humanitar faciənin qarşısının alınması” layihəsi çərçivəsində 5 Dəyirmi masa keçirilmişdir.

Dəyirmi masalarda rayon icra hakimiyyətlərinin aqrar məsələlər üzrə müavinləri, aqrar şöbələrin əməkdaşları, rayonlarınMeliorasiya, Suvarma sistemləri və mexaniki suvarma, Subartezian quyularının istismarı idarələrinin,Hidrotexnika və Meliorasiya Elm-İstehsalat Birliyinin, Tərtərçay hidroqovşağının İstismarı idarəsinin, Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyasının Bərdə dayaq məntəqəsinin, su qıtlığından əziyyət çəkən kəndlərin bələdiyyə, icra nümayəndələri, fermerlər, Su istifadəçiləri assosiasiyalarının, Vətəndaş cəmiyyəti təşkilatlarının, KİV-nin nümayəndələri iştirak etmişlər.

Dəyirmi masalarda aşağıdakı məsələlər müzakirə edilmişdir:

– Rayon iqtisadiyyatının ənənəvi və su qıtlığı nəticəsində məcburi ixtisaslaşması,

– Sərsəng su anbarından su buraxılmaması nəticəsində vurulan zərərin növləri və miqdari,

– Meliorasiya infrastrukturunun vəziyyəti,

– Su qıtlığının aradan qaldırılması üçün alternativlər,

– Keyfiyyətli içməli su ilə təminat məsələləri

Dəyirmi masalarda AVCİYA ekspertləri müzakirə olunacaq məsələlər üzrə təqdimatlar etmiş, rayon icra hakimiyyətinin müavinləri, rayonlarınicra hakimiyyəti başçılarının müavinləri və aqrar şöbələrinin əməkdaşları müvafiq rayon iqtisadiyyatı barədə məlumat vermişlər.

Dəyirmi masalarda 40 nəfər çıxış etmişdir.  Çıxışlarda su qıtlığı səbəbindən məhsuldar torpaqlarda əkin sahələrinin məhsuldarlığının azalması, bu səbəbdən növbəli əkinin tətbiq olunmasından imtina, suvarma imkanlarının məhdudluğunun yem istehsalının azalmasına təsiri və ekstensiv heyvandarlığın genişlənməsi nəticəsi olaraq torpaqların deqradasiyası, mineral duzların miqdarının artıq olduğu yeraltı sulardan əkin üçün istifadənin məhsuldarlığa və torpaqların şoranlaşmasına gətirib çıxarması və nəticə olaraq səhralaşma proseslərinin artması, meliorasiya şəbəkəsinin susuz qalması nəticəsində kanalların beton hissələrinin aşınması və torpaq kanalların təbii və texnogen təsirlər nəticəsində sıradan çıxması, əkinçilik və heyvandarlığa vurulan zərər, suvarma suyunun və içməli su qıtlığının alternativləri kimi yalnız əkinçiliyə mənfi təsir edən subartezian quyularının suyundan istifadə imkanlarının olması, Sərsəng su anbarının keyfiyyətli içməli suyundan mütəmadi kimyəvi çirklənmə nəticəsində insanların zəhərlənmə qorxusu və sair məsələləri qaldırdılar.

Dəyirmi Masa nümayəndələri bölgə əhalisinin və təsərrüfatlarının içməli və suvarma suyuna olan ehtiyacının təmin olunması üçün alternativ mənbələrin olmaması, Sərsəng su anbarından buraxılan suyun suvarmaya ehtiyac olan yay aylarında məhdudlaşdırılması, 2012 və 2013-cü illərdə isə tamamilə kəsilməsi, qış aylarında isə meliorasiya infrastrukturuna buraxılmaqla bölgə əhalisinin təsərrüfatlarının və evlərinin su basmasına səbəb olmasından danışdılar.

Dəyirmi masa iştirakçıları çıxışlarında Sərsəng su bəndinin Azərbaycan Respublikasının hidrotexniki qurğuların ixtisaslaşmış qurumlarının nəzarətindən çıxmasındannarahatlıqlarını, su bəndinin atəşkəs rejiminin mövcud olduğu və mütəmadi olaraq bu rejimin Ermənistan silahlı qüvvələri tərəfindən pozulduğu ərazidə yerləşməsi, Sərsəng anbarından Tərtər çayına və meliorasiya şəbəkəsinə buraxılan su axını ilə partlamamış mina və hərbi sursatın axıdılması faktlarının olması və bu barədə o cümlədən Kütləvi informasiya vasitələri ilə yayılan məlumatlara istinad etdilər, Sərsəng su bəndinin dağılması təhlükəsinin real olduğunu, həyatları, səhhətləri və əmlakları üçün riskləri bildirdilər, beynəlxalq təşkilatlara Sərsəng su anbarının və bəndinin Azərbaycan hökumətinin nəzarətinə verilməsi üçün səylərini artıqmağa çağırdılar.

“Sərsəng-humanitar faciənin qarşısının alınması” layihəsiAzərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən həyata keçirilir, məqsədi Sərsəng su anbarının fəaliyyətinə və onun doğuracağı mümkün humanitar faciənin qarşısının alınmasına beynəlxalq ictimaiyyətin diqqətinin cəlb edilməsidir.

Sərsəng su anbarı 1976-cı ildə Tərtər çayı üzərində 726 metr hündürlükdə inşa edilmiş, 125 metr hündürlüyündə bəndə və 560 mln.m3 su tutumuna malikdir. Sərsəng su anbarı ölkənin aşağı Qarabağda yerləşən 6 rayonunun (Ağcabədi, Ağdam, Bərdə, Goranboy, Tərtər vəYevlax) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi. Həmin rayonların əhalisinin böyük bir hissəsi Tərtər çayının suyundan içməli su kimi istifadə edir. Su anbarında hər birinin gücü 50 mqvt olan 2 ədəd turbindən ibarət Su Elektrik Stansiyası mövcuddur. Hər bir turbinin su buraxma qabiliyyəti 30 m³/san olmaqla SES-dən cəmi 60 m³ su buraxıla bilər. Bundan əlavə suvarma məqsədilə çaya su buraxmaq üçün SES işləmədiyi hallarda anbarın bəndində 6 ədəd siyirtmə quraşdırılmışdır. Bu siyirtmələr vasitəsilə hər biri 5 m³/san olmaqla Tərtər çayına cəmi 30 m³/san su buraxmaq olur. Eləcə də su anbarı dolduğu hallarda qəza sutullayıcısı vasitəsilə 740 m³/san miqdarında daşqın suları Tərtər çayına axıtmaq nəzərdə tutulmuşdur.

Su anbarı 1992-ci ildən Ermənistanın işğalı altında qalıb su anbarına və onun qurğularına 20 ildən artıq müddətdir ki, texniki xidmət göstərilmədiyi üçün o qəza vəziyyətindədir. Bu səbəbdən Sərsəng su anbarının işğal olunmuş ərazilərdə qalması onun aşağı axımında yerləşən 400 min nəfər əhali üçün ciddi təhlükə yaradır.