Məzahir Pənahov: Referendumu izləmək üçün 117 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib

Parisdə Bakının “Expo 2025” Sərgisinə namizəd şəhər olması münasibətilə qəbul təşkil edilib
Prezident İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxıda olub
Elxan Süleymanov: “Hazırladığımız ensiklopediya “Heydər Əliyev ili”ndə onun xatirəsinə həsr ediləcək”
Sentyabrın 26-da Azərbaycanda keçiriləcək referendumu izləmək üçün bu günə qədər 117 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçib. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında MSK sədri Məzahir Pənahov deyib.
M.Pənahov qeyd edib ki, bunlar təxminən 35 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilərdir: “Müşahidə aparmaq istəyən ölkə vətəndaşlarının sayı da kifayət qədər geniş çeşidlidir. Bura həm siyasi partiyaların nümayəndələri, öz təşəbbüsü ilə müşahidə aparmaq istəyən vətəndaşlar, həmçinin qeydə alınmış təşviqat qrupunun nümayəndələri daxildir. Ümumilikdə müşahidəçilərin sayı 53 minə yaxındır. Seçkilərdə 5600-dən arıq seçki məntəqəsi olacaq. Demək olar ki, hər seçki məntəqəsinə 10-a yaxın müşahidəçi düşür. Hesab edirəm ki, nəinki 10, hətta 5 nəfər də müşahidə aparsa bu, şəffalığın təmin edilməsi üçün yüksək bir göstəricidir”.
MSK sədri əlavə edib ki, referendumun keçirilməsi və seçicilərin səs verməsi üçün bütün şərait yüksək səviyyədə yaradılıb.
Trend: