Media kataloqun yeni nəşri çapa hazırlanır

Yeni fərdi yaşayış evləri Qarabağ müharibəsi əlillərinin istifadəsinə verildi
AHİK-də 20 Yanvar şəhidlərinin ailələrinə maddi yardımlar edilib
Bakıda Dövlət Bayrağı Gününə həsr olunan veloyürüş keçirilib

Söz Azadlığını Müdafiə Fondu “Azərbaycan Media Katoloqu”nun yeni nəşrini çapa hazırlayır. Yeni nəşr forma və məzmununa görə, əvvəlkindən xeyli fərqlənəcək. Belə ki, bu nəşrə regionlarda çap olunan və ya informasiya texnologiyaları vasitəsi ilə yayımlanan bütün informasiya daşıyıcıları haqqında məlumatlar daxil ediləcək. Bununla yanaşı ilkin nəşrə daxil edilən materialların zənginləşdirirlməsi, mərkəzi mətbu orqanların regional büroları haqqında məlumatların əlavə edilməsi, həmçinin KİV sahəsində fəaliyyət göstərən QHT-lər haqqında informasiyaların yeni nəşrə daxil edilməsi nəzərdə tutulur. Kataloqda nəşrin fəaliyyət tarixi barədə qısa məlumat, baş redaktorları (rəhbərləri), və struktur bölmələri haqqında məlumatlar Azərbaycan, ingilis və rus dillərində olacaq. SAMF kollektivi materialların zənginləşdirilməsinə yardımçı olacaq hər bir media təmsilçisinə əvvəlcədən öz təşəkkürünü bildirir.
SAMF