Millət vəkili Müslüm Məmmədov Kürdəmirdə seçicilərlə görüşüb

Azərbaycanın təhsil alan əcnəbi tələbələrin əyani tədrisdə iştirakı təmin edilir
Metropoliten nümayəndəsi: “İndiki məqamda COVID pasportunu yoxlamaq qeyri mümkündür”
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri BMT-nin rezident əlaqələndiricisi ilə görüşüb

Milli Məclisin deputatı Müslüm Məmmədov iyun ayının 28-də Kürdəmir şəhərindəki ofisində seçiciləri ilə növbəti görüş keçirib. Millət vəkili qəbula yazılmış 30-a yaxın Kürdəmir sakininin müraciət və şikayətlərini dinləyib.

Görüşdən sonra millət vəkili Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovla görüşərək, vətəndaşların qaldırdığı məsələləri onunla müzakirə edib. Millət vəkili daha sonra Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş, “Azərbaycan bayrağı” ordeni ilə təltif edilmiş Mİ-24 hərbi helikopterinin ekipaj üzvü Əbu Bəkr İsmayılovun ailəsinə də baş çəkib.