Müsəlman Şərqinin ilk parlamentinin vətəni Azərbaycandır

Müsavat Partiyası bələdiyyə seçkilərində iştirak barədə qərar qəbul edib
AVCİYA Ağdam rayonunu işğaldan azad edilməsi münasibətilə Azərbaycan Xalqını və Ali Baş Komandanı təbrik edib.
Bu gün Quba Soyqırımı Memorial Kompleksi onlayn ziyarət olunacaq

Ölkəmizdə də parlamentarizm prosesi tarixi ənənələrə malikdir. Azərbaycan parlamentinin cəmiyyətdə yeri və dövlət idarəçiliyində rolunu tam anlamaq üçün ölkədə parlamentarizmin inkişafını nəzərdən keçirmək lazımdır. Müsəlman Şərqində ilk parlament respublikası – Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olmuşdu. Milli parlamentarizmin təşəkkül tarixi isə Azərbaycan parlamentinin 1918-ci il dekabr ayının 7-də keçirilmiş ilk iclasından başlayır. Azərbaycan Xalq Cümhuriyyəti müsəlman şərqində ilk Respublika idi. “Müstəqillik haqqında” Akta əsasən müvəqqəti yaranan Milli Şuranı parlament xarakterli təsisat saymaq olar. 1918-ci il noyabrın 20-də Milli Şura “Azərbaycan Cümhuriyyətinin Parlamenti haqqında” Qanun qəbul etmişdir. Bu Qanuna əsasən 120 deputatdan ibarət birpalatalı parlamentdə Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların və yaşayan bütün milli azlıqların nümayəndələri təmsil olunmalı idi. Qanuna əsasən müsəlman dünyasında ilk dəfə qadınlara seçki hüququ verilirdi. Orada göstərilmişdi ki, “qanunverici orqan ölkənin bütün əhalisini təmsil etməli və xalqın iradəsini əks etdirməlidir”. Qanuna əsasən Azərbaycan parlamentinin ilk açılış iclası 3 dekabr tarixinə təyin edilmişdi. Ancaq o zaman ictimai-siyasi vəziyyət gərgin idi. Buna baxmayaraq 1918-ci il dekabr ayının 7-də Azərbaycan Respublikası Parlamentinin ilk iclası keçirildi. Demokratik prinsiplərə əsaslanan Azərbaycan parlamenti 25 yanvar 1919-cu ildə “Hakimiyyət bölgüsü haqqında” Qanun qəbul etdi. Bu Qanun qanunverici hakimiyyətin icra hakimiyyətindən ayrılmasını və deputatın dövlət qulluqçusu vəzifəsinin icrasına məhdudiyyətini nəzərdə tuturdu. O zaman Azərbaycanda demokratik parlamentin fəaliyyəti qısa müddət davam etdi. Parlament “bolşeviklərin” təzyiqi altında gərgin müzakirələrdən sonra “Hakimiyyətin bolşeviklərə təhvil verilməsi haqqında” qərar qəbul etdi. Qərarda hakimiyyəti qəbul edən “bolşeviklərin” qarşısında müstəqilliyin saxlanılması, “bolşeviklərin” yaratdığı hökumətin müvəqqəti olması və s. şərtlər qoyuldu. Lakin “bolşeviklər” qəbul etdikləri şərtlərə əməl etmədilər. 1920-ci il aprelin 28-də RK(b)P-nin qərarı ilə təşkil olunan Azərbaycan Müvəqqəti İnqilab Komitəsi (Azərbaycan Hərbi-İnqilab Komitəsi, Azərbaycan İnqilab Komitəsi) respublikanın ali dövlət hakimiyyəti orqanı elan edildi. Artıq Azərbaycanın siyasi müstəqilliyi də tamamilə formal xarakter daşıyırdı.

(Davamı var)