Muzeyə İmadəddin Nəsiminin “Divan”ı hədiyyə edilib

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşavirini qəbul edib
Deputatlığa namizədlərin sayı 1246 nəfərə çatıb
AVCİYA Gəncədə də seçki proseslərinə start verməyə hazırdır

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin “Divan”ı hədiyyə edilib.

Muzeydən AZƏRTAC-a bildiriblər ki, bu müəssisəyə nadir kitablar daxil edilib. Həmin kitablar görkəmli Azərbaycan şərqşünası, tarixçi alim Əjdər Ələsgərzadənin şəxsi arxivindəndir. Nəşrləri alimin qızı, MATM-ın Numizmatika fondunun müdiri Zümrüd Ələsgərova muzeyə hədiyyə edib. Kitabların içində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin XVI əsrə aid olduğu ehtimal edilən “Divan”ının əlyazma bir nüsxəsi də var. Bu əsər əski əlifbasında və Azərbaycan türkcəsindədir. “Divan” orta əsrlər Azərbaycan sufi-hürufi fəlsəfəsinin tədqiqi baxımından əhəmiyyətlidir.