“Nəsimi ili – Nəsimi dili” – Bakı Uşaq Teatrının keçirəcəyi festival belə adlanır

Azərbaycan Prezidenti İlham Əliyev Avstriyanın vitse-kanslerinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
XİN səfirlik və beynəlxalq təşkilatların nümayəndələrinin Sumqayıta səfərini təşkil edib
Avropa İttifaqı: Dağlıq Qarabağ münaqişəsi diqqətimizdədir

f

Bakı Uşaq Teatrı “Bir teatr, bir festival” layihəsi çərçivəsində üçüncü “Bizim teatr festivalı”nı “Nəsimi ili”nə həsr edəcək.

Azərbaycan Teatr Xadimləri İttifaqının dəstəyi ilə reallaşacaq və “Nəsimi ili – Nəsimi dili” adlandırılacaq festivalın aprelin 12-də Aktyor Evində gerçəkləşməsi nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, festivalda əsasən, Bakı Uşaq Teatrının yaradıcı heyəti Nəsimi poeziyasından nümunələrlə çıxış edəcək. Bununla yanaşı, başqa teatrların aktyorları da festivala qatılmaq üçün müraciət edə bilərlər.