“Nəsiminin dili və Azərbaycan şivələri” monoqrafiyası Almaniyada nəşr olunub

Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə keçirilib
Heydər Əliyev Fondunun dəstəyi ilə Pekində “Nizami Gəncəvi – bütün bəşəriyyətin şairi” adlı tədbir keçirilib
Almaniyanın “GEO” jurnalı: “Bakı – xəyallar şəhəri”

Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qüdsiyyə Qəmbərovanın “Nəsiminin dili və Azərbaycan şivələri” monoqrafiyası Almaniyada çapdan çıxıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, monoqrafiya dahi Azərbaycan şairi İmadəddin Nəsiminin poetik dilinin tədqiqinə həsr olunub. Müəllif Nəsiminin əsərlərindən seçilmiş fonetik, morfoloji və leksik dialektizmləri tarixi-müqayisəli və dialektoloji aspektdə tədqiq edib. Tarixi-linqvistik faktların tədqiqindən belə bir nəticə çıxarıb ki, Nəsiminin dilində özünü göstərən dialekt faktlarının bir hissəsi xalq dilinin əsasında dayanmış tayfa dil elementləri, digəri isə məhəlli xüsusiyyətlərin müəyyənləşməsi ilə əlaqədardır.

Əsərdən belə qənaətə gəlmək olur ki, XIV-XV əsr Azərbaycan ədəbi dilinin koyne əsasını Nəsiminin mənsub olduğu Şərq qrupu dialekt və şivələri təşkil edir.