Təqvim
| « Sentyabr 2010 » | Be | Ça | Çr | Ca | Cm | Şb | Bz | | | 1 | 2 | 3 | 4 | 5 | | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | | 27 | 28 | 29 | 30 | |
|
 Azərbaycanda Ramazan bayramı sentyabrın 9-10-da qeyd ediləcək. Bu barədə Nazirlər Kabinetindən bildiriblər. Qeyd olunan tarixlər qeyri-iş günü hesab edilir. Əmək Məcəlləsinin 105-ci maddəsinə uyğun olaraq, eləcə də Azərbaycan Milli Elmlər Akademiyası və Qafqaz Müsəlmanları İdarəsindən alınan məlumata əsasən Nazirlər Kabineti Ramazan bayramının sentyabrın 9-10-da qeyd edilməsi barədə qərar qəbul edilib.
|
 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə avqust ayının üçüncü ongünlüyü üçün növbəti monitorinq həyata keçirib. Bu barədə Trend-ə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
|
 Dekabrın 1-2-də ATƏT-in Qazaxıstanın paytaxtı Astana şəhərində keçiriləcək sammitində 5 mindən artıq qonağın iştirakı gözlənilir. APA-nın məlumatına görə, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev sammit iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün yaradılmış işçi qrupun toplantısında deyib.
|
 Hörmətli oxucular, AVCİYA-nın təqdim etdiyi seçki səhifəsində seçkilərlə bağlı suallara, sizləri maraqlandıran, narahat edən problemlərə aydınlıq gətirmək istəyirsinizsə bizə müraciət edə bilərsiniz. Rubrikamız vətəndaşlarımızın maarifləndirilməsi məqsədilə hazırlanır. Sizin seçkiləri əhatə edəcək çoxsaylı suallarınızı AVCİYA-nın hüquqşünasları cavablandırır.
|
 Seçki komissiyaları dörd il müddətinə, seçki komitələri hər seçki üçün ayrıca olaraq, təyin edilir. Seçki komissiyaları 3 pilləli struktura malikdir:
|
 1921-ci ildən yerlərdə fəhlə və kəndli deputatları sovetləri “seçilməyə” başladı. Respublikada 30.000 deputatı olan 1400 yerli kənd soveti təşkil edildi. Şəhər sovetlərinə hər 1000 nəfərdən biri, kənd sovetlərinə isə hər 5000 nəfərdən biri deputat seçilirdi. Elə bu qayda ilə seçilən I Ümumazərbaycan Sovetlər qurultayı 1921-ci ilin mayında işə başladı.
|
 “ELS” Mustəqil Araşdırmalar Mərkəzi Gəncə şəhərində “Qadınların seçici fəallığının artırılmasında beynəlxalq təcrubənin tətbiqi” layihəsi çərçivəsində beynəlxalq konfrans keçirib. Tədbir, ABŞ-nın Azərbaycandakı səfirliyinin Demokratiya Komissiyasının Kiçik Qrantlar Proqramının dəstəyi ilə reallaşıb. Layihə üzrə ELS-in tərəfdaşı 90 ildən artıq tarixə malik ABŞ-ın Qadın Seçicilər Liqasıdır. Liqa bələdiyyələr və hökümət qurumları arasında münasibətləri tənzimləməklə seçkilərin ədalətli keçirilməsində mühüm rol oynayır.
|
 Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) parlament seçkilərində keçirəcəyi monitorinqlərlə bağlı geniş tədbir keçirdi. Tədbir iki hissədə təşkil olunmuşdu. İlkin hissədə AVCİYA-nın regional nümayəndəlikləri rəhbərlərinin iştirakı ilə müşavirə baş tutdu.
|
 Azərbaycanın Təhsil Nazirliyi 2, 6 və 8 sentyabr tarixlərində buraxılış imtahanında iştirakına icazə verilməmiş, həmçinin, müəyyən səbəblərdən imtahanlara gəlməmiş şagirdlər üçün payız buraxılış imtahanları keçirəcək. Bu barədə idarənin məlumatında deyilir.
|
 Sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi olub. Bu barədə APA ’’Azərtac’’a istinadən məlumat verir. Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
|
 Rusiya prezidenti Dmitri Medvedyev Azərbaycana bu gün başlayan səfəri çərçivəsində iki ölkə arasında iqtisadi-ticari əməkdaşlıq və Xəzər dənizində qarşılıqlı fəaliyyət məsələlərini müzakirə edəcək. APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlum görə, bu barədə Rusiya prezidentinin köməkçisi Sergey Prixodko bildirib.
|
 Azərbaycan Nazirlər Kabineti miqrasiya ilə bağlı bəzi qərarlarına əlavə və dəyişikliklər edib. Nazirlər Kabinetindən APA-ya verilən məlumata görə, Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi «Azərbaycan Respublikasının vətəndaşlarına, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən fərdi identifikasiya nömrəsinin daxil edilməli olduğu və həmin şəxslərin uçotunun aparıldığı digər dövlət informasiya sistemlərinin Siyahısı»na əlavə edilib.
|
 Bu gün təhsil naziri Misir Mərdanov Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinə verilmiş xüsusi razılığın (lisenziyanın) qüvvədə olma müddətinin uzadılmaması barədə əmr imzalayıb. Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, əmrdə qeyd olunur ki, Azərbaycan Beynəlxalq Universiteti 1997-ci il oktyabrın 17-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb, 1998-ci ildə Təhsil Nazirliyinin 04.12.1997-ci il tarixli 48-11-4058/16 nömrəli qərarı ilə ilk dəfə lisenziya verilib. Universitet 1999-cu ildə 6 il müddətinə, 2005-ci ildə isə 5 il müddətinə yenidən lisenziya alıb.
|
 Azərbaycan Mətbuat Şurası KİV-də reklam bazarının genişləndirilməsinə kömək edəcək. Bu barədə çərşənbə günü Şuranın sədri Əflatun Amaşov jurnalistlərə bildirib. Onun sözlərinə görə, Mətbuat Şurası kütləvi informasiya vasitələrinin reklam üzrə ümumi vergidən azad edilməsi məsələsinin həlli istiqamətində çalışır.
|
 XİN mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Birləşmiş Millətlər Təşkilatı Azərbaycan hökumətinə Haitidə baş vermiş zəlzələ ilə əlaqədar, "Haiti Təcili Yardım Fondu"na ayırdığı 500 000 min ABŞ dolları məbləğində maliyyə və böyük həcmdə humanitar ehtiyaclara kömək etmiş dəyərli yardımına görə minnətdarlığını bildirib.
|
 Azərbaycan Mətbuat Şurası ATƏT-lə birgə çərşənbə günü "Azərbaycan jurnalistlərinin peşə davranışı qaydaları"na dəyişikliklərin müzakirəsinə həsr olunmuş "dəyirmi masa" keçirib. Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, bəzi internet-saytlarda, qazetlərdə təqsirsizlik prezumsiyasının pozulması müşahidə olunur.
|
 Sentyabrın 1-də Gürcüstanda Həmrəylik günü qeyd olunur. Gürcüstanda Həmrəylik gününün bu tarixdə qeyd olunmasını Prezident Mixeil Saakaşvili 2008-ci il sentyabrın 1-də, Gürcüstan-Rusiya müharibəsindən sonra elan edib. Bütün Gürcüstanda 1,5 milyondan çox insanın ayağa qalxıb həmrəylik zənciri yaratdığı vaxt, Saakaşvili Azadlıq meydanında bugünün Gürcüstanın Həmrəyliyi günü olacağını bəyan edib.
|
 Astanada ATƏT-in qlobal forumunun keçirilməsi nəinki dünyada Qazaxıstanın nüfuzunu artıracaq, eyni zamanda, ölkənin inkişafına impuls verəcək. Bunu Prezident Nazarbayev Parlament palatalarının bugünkü birgə iclasında çıxış edərkən deyib. "ATƏT üzvü olan bütün dövlət başçılarının iştirakı ilə keçirilən belə səviyyəli sammitə bütün dünyanın diqqəti cəlb olunacaq.
|
 ABŞ prezidenti Barak Obama Amerika xalqına televiziya vasitəsiilə müraciətində ABŞ ordusunun İraqda döyüş əməliyyatlarında iştirakının başa çatdığını bildirib. APA-nın vz.ru saytına istinadən verdiyi xəbərə görə, Obama İraq xalqının öz ölkəsinin gələcəyini öz əllərinə almasının ABŞ-a çox baha başa qəldiyini deyib.
|
 Çərşənbə axşamı Türkiyənin Xarici İşlər Nazirliyi Danimarkada fəaliyyət göstərən "Roj-TV" kürd telekanalı ilə bağlı cinayət işinin qaldırılmasını alqışlayıb. Bu barədə "Anadolu" agentliyi xəbər verir. Bir az əvvəl Danimarka Prokurorluğu "Roj-TV" kanalına və "Mesopotamia Broadcast A/S METV" yayım şirkətinə qarşı PKK (Kürd Fəhlə Partiyası) terror təşkilatını dəstəklədiyinə görə cinayət işi açıb.
|
 Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) avqustun 29-da cari tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə keçirdiyi qəbul imtahanın nəticələrini açıqlayıb. Komissiyadan APA-ya verilən məlumata görə, cari tədris ili üçün 9 illik (ümumi) orta təhsil bazasında ayrılmış 9576 plan yerinə 30671 abituriyent sənəd verib. Onlardan 30261 nəfəri imtahanda iştirak edib.
|
 Barak Obama administrasiyası Türkiyə və Ermənistanın yaxınlaşması və dialoquna nail olaraq uğur əldə etmək üçün lazımi həlledici anı - Azərbaycanı əldən buraxıb. Bu barədə Demokratik İslahatlar Partiyasının sədri, Azərbaycan Milli Məclisinin deputatı Asim Mollazadə "Washington Times" üçün yazdığı məqalədə bildirib.
|
 Azərbaycanda Parlament seçkilərində "Seçkilər" Dövlət İnformasiya Sistemindən istifadə ediləcək. Bu barədə Trend-ə Azərbaycan Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib. Seçkilər noyabrın əvvəlində keçiriləcək. Sistemin əsas funksiyaları səsvermənin gedişini, protokolların tərtibini, kompüterin məlumat bazasındakı deputatların və partiyaların adlarını, dairə seçki komissiyalarında protokollara yekun vurulmasını əks etdirməkdən ibarətdir.
|
 Müdafiə Nazirliyi mətbuat xidmətindən çərşənbə axşamı günü Trend-ə verilən məlumata görə, Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən, hərbçilərimiz Quru Qoşunları Ali Hərbi Məktəbində, Gülhanə Hərbi Tibb Akademiyasında, Ali Hərbi Təyyarəçilik Məktəbində, Hərbi Dəniz Liseyində, İşıqlar Hava Liseyində, Ali Hərbi Dənizçilik Məktəbində təhsil alacaqlar.
|
|
|