Milli Məclisin mayın 22-də keçiriləcək iclasının gündəliyinə 14 məsələ daxil edilib. Trend-in Milli Məclisin rəsmi saytına istinadən verdiyi məlumata görə, icasın gündəliyinə "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanun (üçüncü oxunuş), "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" qanun (ikinci oxunuş), "Dövlət rüsumu haqqında", "Prokurorluq haqqında", "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında "Konstitusiya Məhkəməsi haqqında"qanuna dəyişikliklər barədə qanun layihələri daxil edilib.
Azərbaycan dövləti Bakıya gəlmiş bütün qonaqların təhlükəsizliyinə tam təminat verir. Trend-in məlumatına görə, bunu bazar ertəsi "Eurovision 2012"-yə həsr olunmuş mətbuat konfransında Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib. "Azərbaycan hakimiyyəti ölkənin ictimai-siyasi təhlükəsizliyi ilə bağlı bütün qabaqlayıcı tədbirləri görüb. Biz bunu yalnız "Eurovision" üçün deyil, il boyu öz vətəndaşlarımızı qorumaq üçün görürük, lakin "Eurovision" mahnı yarışması zamanı xüsusi gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb", - Həsənov deyib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin mayın 1-dən 15-dək ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə apardığı araşdırmanın nəticələri açıqlanıb. Trend bazar ertəsi nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 132 akt və protokol tərtib olunub.
Azərbaycanın ali və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd verən abituriyentlərin ilkin statistikası açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bazar ertəsi Trend-ə bildirib ki, ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında iştirak üçün 103484 abituriyent elektron ərizə təqdim edərək təsdiqlədib. Onların 92 956 nəfəri Azərbaycan, 10 528 nəfəri rus bölməsi üzrə sənəd verib.
Nazirlər Kabineti Gənclər və İdman Nazirliyinin Kollegiyasının tərkibinə dəyişikliklər edib. Trend-in məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, Hacıyeva İndira Niyazi qızı Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri təyin olunub. Hökumətin qərarında həmçinin Hacıyev Fərhad Məcid oğlu Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun icraçı direktoru vəzifəsinə təsdiq olunub.
Növbəti tədris ili üçün Rusiyanın ali məktəblərinə 23 nəfər azərbaycanlı gənc qəbul olunub. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bazar ertəsi Trend-ə deyib ki, Rusiyanın Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ) 3 nəfər, Rusiyanın digər ali təhsil müəssisələrinin I qrup ixtisasları üzrə 4 nəfər, II qrup üzrə 5 nəfər, III qrup üzrə 5 nəfər, IV qrup ixtisasları üzrə 6 nəfər qəbul olunub.
Bu gün Azərbaycan Gürcüstanla sərhədin, o cümlədən sərhədin bu hissəsinin delimitasiyası və demarkasiyası üzrə iş aparır. Delimitasiya məsələsi adi prosesdir». APA-nın məlumatına görə, bu barədə Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bəyan edib. Onun sözlərinə görə, «Keşikçi dağ» kompleksi məsələsi Azərbaycan və Gürcüstan XİN başçıları Elmar Məmmədyarov və Qriqol Vaşadzenin Çikaqoda NATO sammiti çərçivəsində keçirdikləri görüşdə müzakirə olunub.
Tarix : 19-05-2012, 10:36
Milli Məclisə (MM) “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanun layihəsi daxil olub. APA-nın məlumatına görə, yeni qanun layihəsi MM-in İqtisadi siyasət komitəsinin iclasında müzakirə edilib. İclasda qanun layihəsinin MM-ə Azərbaycan prezidentinin imzası ilə daxil olduğu bildirilib. Yeni qanun Azərbaycan Respublikasında ölçmələrin vəhdətinin təmin edilməsinin hüquqi və təşkilati əsaslarını, o cümlədən ölçmələrə, kəmiyyət vahidlərinə, ölçmə metodikalarına (metodlarına) tələbləri və həmin tələblərin təmin edilməsi tədbirlərini müəyyən edəcək.
Tarix : 18-05-2012, 14:17
APA-nın xəbərinə görə, bunu Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova jurnalistlərə açıqlamasında deyib. Bahar Muradova bildirib ki, Azərbaycan tərəfi 2014-cü ildə qurumun yaz sessiyasının Bakıda keçirilməsi üçün müraciət edib: “Amma ATƏT Parlament Assambleyasının baş katibliyi bu müraciətə daha diqqətlə yanaşaraq 2014-cü il illik yay sessiyasının Bakıda keçirilməsi barədə Azərbaycan nümayəndə heyəti ilə söhbət apardı. Bu gün Azərbaycan parlamentinin razılıq məktubu baş katibə göndəriləcək.
Tarix : 18-05-2012, 12:56
Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyi Avropa Gününün 62-ci ildönümünə həsr olunmuş tədbir keçirib. APA-nın xəbərinə görə, AB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia bildirib ki, təşkilat sülh, demokratiya və qanunun aliliyi prinsiplərinə əsaslanır: “Biz bu dəyələri tərəfdaşlarımız, o cümlədən Azərbaycanla bölüşmək istəyirik”. Səfir AB-nin Azərbaycanla siyasi dialoqu, iqtisadi əlaqələri, enerji, mədəniyyət sahələrində əməkdaşlığı fəal inkişaf etdirdiyini söyləyib: “Avropa Birliyi ilə Azərbaycan arasında əməkdaşlıq suverenlik və qarşılıqlı hörmət əsasında qurulur”.
Tarix : 18-05-2012, 12:26
|