B
akıda Azərbaycan-Litva ikitərəfli hərbi əməkdaşlıq planına əsasən Təhlükəsizlik sisteminə ictimai nəzarətin təkmilləşdirilməsi məqsədilə milli ombudsman, media və QHT ilə əməkdaşlıq üzrə təcrübə mübadiləsi keçiriləcək. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Tədbir noyabrın 28-də başlayacaq. Azərbaycan-Böyük Britaniya ikitərəfli hərbi əməkdaşlıq proqramına əsasən isə noyabrın 28-dən dekabrın 9-dək Sülhü dəstəkləmə əməliyyatları üzrə təlim kursunun hazırlanması və qiymətləndirilməsi kursu Çexiyanın Vişkov şəhərində keçiriləcək.
Noyabrın 16-da Brüsseldə “İSAF əldəqayırma partlayıcı qurğularla mübarizə üzrə brifinq günü” tədbiri olacaq. Açılan birgə qüvvələrin qərargah təlim kursu 21.11-02.12.2011 tarixlərində Brunssum (Niderland), Fərdi Tərəfdaşlıq Planından (FTP) əlavə Kütləvi qırğın silahları və terrorizm kursu Ankarada (21-25.11.2011), Öyrənilmiş təcrübələr mövzusunda NATO qərargah zabitləri kursu Kunqsaengendə (İsveç) 21-25.11.2011 tarixlərində keçiriləcək.
FTP-yə əsasən NATO-nun arxa cəbhə idarəsinin tərəfdaşların arxa cəbhə ekspertlərinin işçi qrupunun növbəti görüşü Tiflisdə (21-25.11.2011) keçiriləcək.
FTP-dən əlavə, 28-30.11.2011 tarixlərində NATO-nun Lissabon birləşmiş qərargahının tibb mütəxəssisləri üçün mobil təlim kursu isə Bakıda keçiriləcək.
Avstriyanın Mautem an der Donau şəhərində isə ƏİK proqramı çərçivəsində qiymətləndiricilərin təlim kursu (28.11 - 02.12.2011) olacaq. /APA/