|
Xəzəryanı ölkələr Bakıda dənizin hidrometeorologiyası və çirklənməsini müzakirə edəcəklər
İki gün davam edəcək sessiyada operativ dəniz hidrometeorologiya xidməti və dəniz hidrometeoroloji müşahidə şəbəkəsinin vəziyyəti, Xəzər dənizinin çoxillik səviyyə tərəddüdləri və suyun temperaturu kataloqunun hazırlanması üzrə görülən tədbirlər, aparılan elmi-tədqiqat işləri, KASPKOM və Xəzər dənizinin ətraf mühitinin qorunması üzrə Çərçivə Konvensiyası arasında, eləcə də digər beynəlxalq proqramlar çərçivəsində aparılan əməkdaşlıq məsələləri və gələcək planlar müzakirə ediləcək./Trend/ Oxşar xəbərlər:
|












Noyabrın 23-24-də Bakıda Ekologiya və Təbii Sərvtlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin təşkilatçılığı ilə Xəzər dənizinin hidrometeorologiyası və çirklənməsinin monitorinqi üzrə Xəzəryanı ölkələrin Koordinasiya Komitəsinin 16-cı sessiyası (KASPKOM-16) keçiriləcək. Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bazar ertəsi Trend-ə bildirib ki, sessiyada Xəzəryanı ölkələrin hidrometeorologiya təşkilatlarının, Ümumdünya Meteorologiya Təşkilatının, BMT-nin Ətraf Mühit Proqramının, gəmiçilik və aviasiya təşkilatlarının nümayəndələri, Xəzər dənizi ərazisində fəaliyyət göstərən təsərrüfat subyektləri, həmçinin alimlər və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcəklər.