Yaxın vaxtlarda Azərbaycan-Gürcüstan sərhədində minatəmizləmə əməliyyatına başlanacaq
Xəbərlər » Ölkədə / (2-12-2011, 12:06)

Azərbaycan-Gürcüstan sərhədində - Ceyrançöl ərazisində mina və partlamamış hərbi sursatların təmizlənməsi layihəsi həm hökumət, həm də donorlar tərəfindən bəyənilib. APA-nın bildirdiyinə görə, bu barədə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin meneceri Musa Cəlalov məlumat verib. Yaxın vaxtlarda layihənin icrasına başlanacağını deyən ANAMA nümayəndəsinin sözlərinə görə, 48 ay müddətində həyata keçiriləcək layihənin ümumi məbləği 9 milyon avrodur.
ANAMA nümayəndəsi hazırda Bakı şəhərinin Qaradağ rayonunun Güzdək qəsəbəsində, partladılmış keçmiş sovet hərbi bazasının ərazisində aparılan əməliyyatlar barədə də danışıb. M. Cəlalovun sözlərinə görə, bu bazada indiyədək Azərbaycan Ordusuna tanış olmayan silahlar aşkar edilir. /APA/


İqtisadiyyat
Ölkədə
QHT xəbərləri
AVCIYA.AZ Yuxarı