Azərbaycanda ailə qurmaq üçün tibbi arayış təqdim etmək məcburi olacaq
Xəbərlər » Ölkədə / (5-12-2011, 13:41)

Yaxın vaxtlarda Azərbaycanda ailə qurmaq üçün tibbi arayışların tələb olunması icbariləşəcək. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib. O bildirib ki, Azərbaycanda Ailə Məcəlləsinin daim təkmilləşməsi istiqamətində işlər aparılır: “Artıq qızların nikah yaşının 18-ə çatdırılması parlament tərəfindən qəbul edilib. Digər addım isə nikaha girmək üçün tibbi arayışların imperativ normaya çevrilməsidir. Hazırda bu, deklorativ xarakter daşıyır. Məqsəd nikaha girənlərin nikahını qadağan etmək deyil. Xəstəlikləri haqqında məlumat alan gənclər nikaha girə bilərlər. Amma onlar bir-birinin xəstəlikləri haqqında məlumatlı olmalıdırlar. Hemofiliyalı və talassemiyalı xəstələr nikaha girəndə onların övladları xəstə doğulur. Bunu bilib addım atmaq lazımdır”. /APA/


İqtisadiyyat
Ölkədə
QHT xəbərləri
AVCIYA.AZ Yuxarı