Arzu Rəhimov: “Azərbaycanda ən narahatedici vəziyyət Çin və Pakistandan olan miqtantlarla bağlıdır”
Xəbərlər » Ölkədə / (16-12-2011, 13:58)

“Azərbaycan Dövlət Miqrasiya Xidmətinə müvəqqəti və daimi qeydiyyatla bağlı daha çox müraciət edənlər Türkiyə vətəndaşlarıdır. Müraciətin edilməsi yaxşı haldır. Lakin ölkədə olan qeyri-leqal miqrantların arasında Türkiyə vətəndaşlarının sayı daha çoxdur”. APA-nın xəbərinə görə, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) sədri Arzu Rəhimov deyib: “Ümumiyyətlə, qanunsuz miqrant sayından danışsaq, onu deyə bilərik ki, hansı ölkədən daha çox miqrant daxil olursa, həmin ölkədən olan qeyri-leqal miqrantların sayı daha çox olur”.
DMX sədri, həmçinin bu gün Azərbaycanda Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan, İran, Pakistan, Böyük Britaniya, ABŞ-dan olan miqrantların da çoxluq təşkil etdiyini açıqlayıb.
Onun sözlərinə görə, hazırda ən narahatedici vəziyyət Çin və Pakistandan olan miqtantlarla bağlıdır: “Onlar aşkarlanır və bununla bağlı müvafiq qərarlar qəbul olunur”. /APA/


İqtisadiyyat
Ölkədə
QHT xəbərləri
AVCIYA.AZ Yuxarı