TQDK abituriyentlər üçün elektron imzanın qiymətinin azaldılmasını istəyir
Xəbərlər » Ölkədə / (23-12-2011, 12:46)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali məktəblərə qəbul imtahanlarında iştirak edən abituriyentlər üçün elektron imzanın daha sərfəli qiymətlərlə verilməsi üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə və Baş nazir Artur Rasizadəyə müraciət edəcək. Trend-in məlumatına görə, bunu cümə günü mətbuat konfransında TQDK sədri Məleykə Abbaszadə deyib. Abbaszadə bildirib ki, fiziki şəxslər üçün elektron imzanın qiyməti 30 manatdır. Abituriyentlər isə imtahanda iştirak üçün 2 manat rüsum ödəyirər.

TQDK sədrinin sözlərinə görə, 30 manata verilən elektron imza 3 il istifadə edilir. Amma abituriyentlər üçün elektron imza 3 illik deyil, daha qısa müddətə verilə bilər.

"Biz müəyyən layihə həyata keçirə bilərik ki, abituriyentlərə elektron imza 3 illik deyil, müvəqqəti - 3-4 aylıq verilsin. İmzanın qiyməti də elə olsun ki, abituriyentlər onları ala bilsinlər. Yəni, qiymət çox aşağı olsun. Təklif edərdim ki, abituriyentlərin ödədiyi rüsum 2 manat deyil, məsələn, 3-5 manat olsun. Eektron imzanın qiyməti də bu rüsuma daxil olsun. Bu məbləğ də sonradan dövlətin vəsaitinə çevrilir. Amma bu məsələlər hələ müzakirə mərhələsindədir", - Abbaszadə qeyd edib.

Onun sözlərinə görə, əgər elektron imzanın qiymət 30 manat qalsa, onda TQDK builki qəbul imtahanlarında tam olaraq elektron imzanı tətbiq etməyəcək. Amma Nazirlər Kabineti və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu təklifə müsbət cavab verərək abituriyentlərin bu imzanı uyğun qiymətə almasına imkan yaratsa, onda tam olaraq bu ildən elektron imza tətbiq ediləcək. /Trend/


İqtisadiyyat
Ölkədə
QHT xəbərləri
AVCIYA.AZ Yuxarı