“Senatın Metyu Brayzanın təyinatını təsdiqləməməsi ABŞ-Azərbaycan münasibətləri üçün müsbət hal deyil”
Xəbərlər » Ölkədə / (27-12-2011, 12:45)

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Ross Uilson hesab edir ki, Senatın Metyu Brayzanın səfir kimi təyinatını təsdiqləməməsi ABŞ-Azərbaycan münasibətləri üçün müsbət hal deyil. APA-nın Vaşinqton müxbirinin məlumatına görə, R. Uilson M. Brayzanın Vaşinqtona mümkün qayıdışının müsbət işarə olmadığını bildirib.  Bir çox amerikalı analitik də R. Uilson kimi hesab edir ki, Senatın Brayzanın təyinatını təsdiqləməməsi ABŞ-Azərbaycan münasibətlərinə zərər verəcək.
Erməni diasporunun üzvləri isə Brayzanın tərəfdarlarına, xüsusilə də “Washington Post”da ABŞ səfiri ilə bağlı son yazıya etirazlarını davam etdirirlər.
Qeyd edək ki, dekabrın 27-də Senat formal sessiya keçirəcək. Səfir Brayzanın məsələsi yaxın günlərdə müzakirə olunmasa, Senat onun namizədliyini Ağ Evə geri qaytaracaq./APA/


İqtisadiyyat
Ölkədə
QHT xəbərləri
AVCIYA.AZ Yuxarı