“Cənubi Qafqazda həlli uzadılmış münaqişələr NATO üçün narahatlıq doğurur”
Xəbərlər » Ölkədə / (28-12-2011, 11:49)

2012-ci ildən NATO-nun bütün tərəfdaşları alyansın yeni tərəfdaşlıq menyusuna çıxış əldə edəcək. APA-nın xəbərinə görə, bu barədə Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanu bildirib. Səfir deyib ki, yeni tərəfdaşlıq menyusuna 1600-dən çox tədbir daxildir: “Bu çərçivədə tərəfdaş ölkələrlə yeni 2 illik fərdi tərəfdaşlıq planları hazırlanacaq”.  D. K. Çiobanu onu da deyib ki, Cənubi Qafqazda həlli uzadılmış münaqişələr NATO üçün narahatlıq doğurur: “Rumıniya bu bölgə ilə qonşu ölkə olaraq münaqişələrin həllində maraqlıdır. Eyni zamanda region ölkələrinin Avroatlantik məkana inteqrasiyasını dəstəkləyir”.
Səfir Azərbaycanı alyansın vacib müttəfiqi adlandırıb, Rumıniyanın NATO ilə Azərbaycan arasında dialoqları təşkil etməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, Rumıniya səfirliyi NATO ilə Azərbaycan arasında əlaqələndirici funksiyasını yerinə yetirir. /APA/


İqtisadiyyat
Ölkədə
QHT xəbərləri
AVCIYA.AZ Yuxarı