TQDK sədri ali məktəblərə qəbul imtahanlarında idmançıların göstərdiyi nəticələrdən narazıdır
Xəbərlər » Ölkədə / (28-12-2011, 12:04)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə ali məktəblərə qəbul imtahanlarında idmançıların topladığı balların azlığından narahatlıq bildirib. Trend-in məlumatına görə, bunu Abbaszadə çərşənbə günü 2011-ci il üzrə tələbə qəbulunun nəticələrinə həsr olunan tədbirdə bildirib. Abbaszadə deyib ki, Azərbaycanda ali məktəblərə qəbul imtahanlarında idmançılar 70-100 bal toplayır.

Bu məsələnin onu narahat etdiyini deyən Komissiya sədrinin sözlərinə görə, qəbul imtahanlarında rejissorlar, müğənnilər isə 100-200 bal toplayır.

"Belə olmalıdırmı? Rejissorlar xahiş edirlər ki, onların ballarını aşağı salaq. Ancaq gərək həmin şəxslərin bilikləri olsun. İdmançıların nəticələri də bizi qane etmir", - TQDK sədri deyib.

O bildirib ki, ali məktəbə qəbul olunanların 51 faizi 300-500 bal nəticə göstərməlidir.

"Bu isə onu göstərir ki, onlar yaxşı tələbə olacaqlar", - Abbaszadə deyib. /Trend/


İqtisadiyyat
Ölkədə
QHT xəbərləri
AVCIYA.AZ Yuxarı