Azərbaycan hərbiçiləri gələn il bir sıra beynəlxalq tədbirlərdə iştirak edəcəklər
Xəbərlər » Ölkədə / (30-12-2011, 10:25)

Azərbaycan hərbiçiləri gələn il bir sıra beynəlxalq tədbirlərdə iştirak edəcəklər. Müdafiə Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, hərbiçilərimiz yanvarın 9-dan mayın 11-dək Azərbaycan-Litva ikitərəfli əməkdaşlıq planına əsasən, Vilnüsdə ingilis dili kurslarına qatılacaqlar. Yanvarın 12-13-də isə zabitlərimiz Vaşinqtonda keçiriləcək Azərbaycan-ABŞ ikitərəfli hərbi məsləhətləşmələrinin növbəti plenar sessiyasında iştirak edəcəklər.
Azərbaycan-ABŞ iş planına əsasən, yanvarın 18-dən oktyabrın 20-dək hərbiçilərimiz ABŞ-da piyada təməl zabit kursunda iştirak edəcəklər.
Yanvarın 23-27-də isə Azərbaycan-Almaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən, Bakıda ikitərəfli əməkdaşlıq üzrə ekspert danışıqları keçiriləcək. /Trend/


İqtisadiyyat
Ölkədə
QHT xəbərləri
AVCIYA.AZ Yuxarı