Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, hazırda Böyük Qafqaz çaylarında sululuq ongünlük normanın 110-230, Kiçik Qafqaz çaylarında 140-145, Lənkəran-Astara bölgəsi çaylarında 45-85, Naxçıvan MR çaylarında isə 35-40 faizini təşkil edir.
Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 116 kubmetr/saniyə olmaqla, ongünlük normanın 71, Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 68 kubmetr/saniyə olmaqla, ongünlük normanın 96 faizini təşkil edir.
Yanvar ayının birinci ongünlüyündə Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 19, Bankədə 15, Şirvan və Salyanda 13, Araz çayının Novruzlu məntəqəsində isə 20 santimetr azalıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 559, Şirvanda 457, Bankədə 305, Araz çayının Novruzlu məntəqəsində isə 278 santimetr təşkil edir. /APA/