2012-ci il TÜRKSOY tərəfindən "M.F.Axundzadə İli" elan edilib
Xəbərlər » Ölkədə / (9-01-2012, 15:32)

Böyük mütəfəkkir, Azərbaycan milli dramaturgiyasının banisi, görkəmli ictimai xadim və maarifçi Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illik yubileyi ilə əlaqədar 2012-ci il TÜRKSOY (Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı) çərçivəsində "M.F.Axundzadə İli" elan edilib. Mədəniyyət və Turizm Nazirliyindən bazar ertəsi Trend-ə verilən məlumata görə, nazirliyin bununla bağlı verdiyi təklif TÜRKSOY təşkilatı tərəfindən müsbət dəyərləndirilib.
Hazırda "M.F.Axundzadə İli"nin TÜRKSOY-a daxil olan bütün üzv ölkələrdə yüksək səviyyədə keçirilməsi məqsədi ilə tədbirlər planı hazırlanır.

2012-ci ilin yanvar ayında Ankara şəhərində TÜRKSOY-un qərargahında "M.F.Axundzadə İli"nin rəsmi açılış mərasiminin keçirilməsi planlaşdırılır. /Trend/


İqtisadiyyat
Ölkədə
QHT xəbərləri
AVCIYA.AZ Yuxarı