Azərbaycanda istehsal edilən üç tapança modeli Müdafiə Nazirliyinə tabel silahı kimi qəbul olunub
Xəbərlər » Ölkədə / (16-01-2012, 12:49)

Türkiyənin TİSAŞ şirkətinin lisenziyası əsasında Müdafiə Sənayesi Nazirliyi (MSN) tərəfindən istehsal olunan 3 tapança modeli Azərbaycan Müdafiə Nazirliyi sistemində tabel silahı təyin olunub. APA-nın Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə TİSAŞ-ın müəssisəsində mətbuat nümayəndələri üçün keçirilən brifinqdə bildirilib. Brifinqdə qeyd olunub ki, Azərbaycan MSN-lə imzalanmış müqavilə çərçivəsində «Zigana K» və «Zigana F» modellərinin «nou-hau» olaraq Azərbaycanda istehsalına icazə verilib. Tapançaların 17 detalı Azərbaycanda, 41 detalı isə Türkiyədə istehsal olunacaq. Bu tapançalar Azərbaycanda «Zəfər», «Zəfər-K» və «İnam» adı ilə istehsal edilir.
Azərbaycanda istehsal olunan tapançaların atış ömrü 25 min güllə təyin olunub.
Türkiyənin daxili bazarında 20% paya malik olan TİSAŞ 2010-cu ildə 12864 ədəd tapança ixrac edib. Şirkətin tapança ixracatında ABŞ, Pakistan, Azərbaycan, Peru, Burkina Faso, Almaniya, Paraqvay, Misir, Efiopiya, Kolumbiya, İtaliya və İran daxil olmaqla 30 ölkə yer alıb. /APA/


İqtisadiyyat
Ölkədə
QHT xəbərləri
AVCIYA.AZ Yuxarı