|
Azərbaycanda nikah və boşanmaların sayı artıb
Hesabat dövründə ölkədə 10 801 nikahın pozulması faktı qeydə alınıb. Bu isə 2010-cu ildə qeydə alınan boşanmaların sayı ilə müqayisədə 1901 fakt artıb. Belə ki, 2010-cu ildə rəsmi orqanlar tərəfindən ölkədə 8900 nikahın pozulması faktı qeydə alınıb. Boşanmaların 121-i əcnəbilərlə bağlanmış nikahlara aiddir. Nazirlikdən bildirilib ki, əcnəbilərlə qurulan ailələr arasında boşanmaların sayında artım müşahidə olunub. Ötən il qeydə alınan nikahların 58-də tərəflər arasında nikah müqaviləsi bağlanıb. /Trend/ Oxşar xəbərlər:
|












Azərbaycanda ötən il qeydə alınan nikahların sayı artıb. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 2011-ci ildə ölkədə 88 151 nikah qeydə alınıb. 2010-cu ildə qeydə alınan nikahların sayı 79 min 300 olub. Nazirlikdən bildirib ki, bu nikahlardan 2696-sı Azərbaycan vətəndaşı olan qadınlarla əcnəbilər arasında bağlanıb. Qurumdan əcnəbilərlə bağlanan nikahların da sayının artdığı bildirilib.