Azərbaycanın Şirvan şəhərində ikinci zəlzələ olub
Xəbərlər » Ölkədə / (12-07-2011, 09:24)

Azərbaycanın Şirvan şəhərində çərşənbə axşamı növbəti zəlzələ qeydə alınıb. Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, birinci zəlzələ yerli vaxtla saat 06:19-da Şirvan şəhərindən 30 km şimalda qeydə alınıb. Zəlzələ 3,8 bal gücündə 16 km dərinlikdə olub və hiss olunmayıb. İkinci zəlzələ isə 11:42-də Şirvan şəhərindən 33 km şimalda baş verib. Zəlzələ 3,6 bal gücündə 3 km dərinlikdə olub və hiss olunmayıb. /Trend/


İqtisadiyyat
Ölkədə
QHT xəbərləri
AVCIYA.AZ Yuxarı