Bakının beynəlxalq aeroportunun işində problem gözlənilmir
Xəbərlər » Ölkədə / (7-02-2012, 11:02)

Hava şəraitinin pisləşməsinə baxmayaraq gün ərzində Bakının Heydər Əliyev Beynəlxalq Hava Limanının fəaliyyətində problemlər gözlənilmir. Bu barədə çərşənbə axşamı Trend-ə aeroportdan bildirilib. Deyilib ki, hazırda təyyarələrin yola salınması və qəbulu normal rejimdə həyata keçirilir. "Günün ikinci yarısında da vəziyyətin normal olacağı gözlənilir", - aeroportda qeyd edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi, qar yağacağı gözlənilir. Bu gecə və sabah gün ərzində çovğun olacağı ehtimalı var. Yollar buz bağlayacaq. Kəskin hava şəraitinin fevralın 9-u səhərə qədər davam edəcəyi proqnozlaşdırılır.


İqtisadiyyat
Ölkədə
QHT xəbərləri
AVCIYA.AZ Yuxarı