|
FHN Azov dənizində qəzaya uğramış gəmidə xilas edilən Azərbaycan vətəndaşları ilə bağlı məlumat yayıb
Ukrayna Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən alınan məlumata əsasən, görülmüş tədbirlər nəticəsində gəminin heyət üzvləri, o cümlədən 8 nəfər Azərbaycan vətəndaşı xilas olunub. Xilas olunmuş azərbaycanlı dənizçilər Simferopola aparılıb. /Trend/ Oxşar xəbərlər:
|












Fövqəladə Hallar Nazirliyi Azov dənizində qəzaya uğramış gəmidə xilas edilən Azərbaycan vətəndaşları ilə bağlı məlumat yayıb. Trend-in nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, fevralın 7-də Bakı vaxtı ilə saat 07:40 radələrində Azov dənizində olan "Avaca 1" yük gəmisindən həyəcan siqnalının verilməsi barədə məlumat daxil olub. Ukrayna Fövqəladə Hallar Nazirliyinə istinadən yayılan məlumata görə, gəminin 12 heyət üzvündən 8 nəfəri Azərbaycan, 1 nəfəri Türkiyə, 3 nəfəri isə Ukrayna vətəndaşıdır.