Təhsil Nazirliyi hava şəraiti ilə əlaqədar istilik sistemi ilə təchiz olunmayan məktəblərdə dərslərin dayandırılmasını tövsiyə edib
Xəbərlər » Ölkədə / (8-02-2012, 10:33)

Azərbaycan ərazisində havaların kəskin şəkildə pisləşməsi ilə əlaqədar orta ümumtəhsil məktəblərində dərslərin dayandırılması barədə əmr hələlik imzalanmayıb. Bu barədə APA-ya Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə məlumat verib. Onun sözlərinə görə, əmrin imzalanmasa da, nazirlik orta məktəblərə uzaq məsafədən gələn məktəblilərə hava şəraiti ilə əlaqədar dərsə getməməyi tövsiyə edib. Bundan başqa Təhsil Nazirliyi istilik sistemi ilə təchiz olunmayan orta ümumtəhsil məktəblərində də dərslərin dayandırılmasını tövsiyə edir.
Xatırladaq ki, ötən həftə Azərbaycan ərazisində kəskin hava şəraiti ilə əlaqədar təhsil naziri Misir Mərdanov fevralın 6-dək təhsil müəssisələrində dərslərin dayandırılması barədə əmr imzalamışdı.


İqtisadiyyat
Ölkədə
QHT xəbərləri
AVCIYA.AZ Yuxarı