|
Sərnişin vaqonlarının əsaslı təmirindən sonra beynəlxalq istiqamətdə qatarların hərəkəti bərpa olunacaq
Beynəlxalq istiqamətdə hərəkət edən sərnişin qatarlarının "Rusiya Dəmir Yolları" ASC-nin heyəti ilə müvəqqəti olaraq əvəzlənməsinin əsas səbəbi "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus sərnişin vaqonlarının istismar müddətinin keçməsi səbəbindən əsaslı təmirə göndərilməsidir. Bundan əlavə bu, təkcə Azərbaycan dəmir yollarına deyil, MDB məkanına daxil olan bütün ölkələrin dəmir yollarına da şamil olunub. Hazırda 50 sərnişin vaqonunun əsaslı təmiri istiqamətində işlər davam etdirilir. Ölkəmizdə sərnişin vaqonlarının əsaslı təmiri texnologiyası mövcud olmadığı üçün, artıq 17 vaqon Ukrayna Respublikasına təmirə göndərilmişdir və qalan vaqonlar isə yaxın günlərdə göndəriləcəkdir. Vaqonların əsaslı təmiri prosesi bir neçə aya başa çatdırılacaq və bundan sonra beynəlxalq istiqamətdə Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus qatarların hərəkəti bərpa olunacaqdır. /Trend/ Oxşar xəbərlər:
|












Bakı-Moskva sərnişin qatarı fevral ayının 15-dən etibarən "Rusiya Dəmir Yolları" ASC-nin heyəti ilə hərəkət edir. "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mart ayının 24-dən etibarən 55/56 saylı Bakı-Moskva qatarı həftədə üç dəfə deyil, iki dəfə - ikinci və beşinci günlər Bakı-sərnişin stansiyasından yola düşəcək. Fevral ayının 29-dan etibarən isə 313/314 saylı Bakı-Sankt-Peterburq sərnişin qatarı da "Rusiya Dəmir Yolları" ASC-nin heyəti ilə xəttə çıxacaqdır.