Cənub bölgəsinə güclü yağıntı düşüb
Xəbərlər » Ölkədə / (24-08-2011, 10:49)

 Avqustun 23-dən 24-ə keçən gecədən başlayaraq ölkənin cənub bölgəsinə leysan yağmağa başlayıb. Yerli icra strukturlarından APA-nın Cənub bürosuna verilən məlumata görə, yağan yağışlar rayonlarda heç bir problem yaratmayıb. Lənkəran-Lerik və Masallı-Yardımlı şose yolları hazırda işlək vəziyyətdədir. Çaylarda və kanallarda sululuğun səviyyəsi nisbətən artsa da, sel təhlükəsi yoxdur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran regional hidrometeoroloji hissəsinin rəis əvəzi İdris Höccətov APA-ya leysan yağışların sabaha kimi davam edəcəyini bildirib.


İqtisadiyyat
Ölkədə
QHT xəbərləri
AVCIYA.AZ Yuxarı