"Azərbaycanla bağlı əlavə məruzəçilərin təyinatı konstruktiv yanaşma deyil"
Xəbərlər » Ölkədə / (26-08-2011, 12:15)

"AŞPA-nın Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəçisi Kristofer Ştrasserin fəaliyyətinə dair mövqeyimiz dəyişməz qalır". APA-nın xəbərinə görə, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib. O bildirib ki, Azərbaycan Ştrasserin təyinatı ilə razı deyil və bu cür yanaşmanı qərəzli sayır: "Məsələ məruzəçinin buraya gəlib-gəlməməsindən getmir. Söhbət ondan gedir ki, biz Avropa Şurası ilə uğurlu əməkdaşlıq edirik, lakin biz heç vaxt qərəzli yanaşmanı və ikili standartı qəbul etməyəcəyik. Hesab edirəm ki, Avropa Şurası bunu anlayır. AŞPA-nın növbəti sessiyasında biz bununla əlaqədar mövqeyimizi bildirəcəyik".
S. Seyidovun sözlərinə görə, Azərbaycana əlavə məruzəçilərin təyinatı doğru deyil, çünki Azərbaycanla bağlı 2 monitorinq komitəsi mövcuddur: "Biz bu komitələrlə konstruktiv iş aparırıq. İnsan haqları, demokratiyanın inkişafı, Dağlıq Qarabağ məsələləri monitorinq komitəsinin həmməruzəçilərinin işini əhatə edir. Bu məsələləri başqa bir məcrada növbəti dəfə müzakirəyə çıxarmaq konstruktivlikdən uzaqdır". /APA/


İqtisadiyyat
Ölkədə
QHT xəbərləri
AVCIYA.AZ Yuxarı