Azərbaycan hərbçiləri müxtəlif tədbirlərdə iştirak edəcəklər
Xəbərlər » Ölkədə / (27-08-2011, 12:23)

Azərbaycan hərbçiləri müxtəlif tədbirlərdə iştirak edəcəklər. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bir qrup Azərbaycan hərbçisi sentyabrın 1-4-də Ukraynanın Vinnitsa şəhərində yerləşən HHQ Komandanlığında səfərdə olacaq. Hərbçilərimiz sentyabrın 1-dən dekabrın 12-dək Çinin Nankin şəhərində keçiriləcək Quru Qoşunları üçün tabor komandirləri kursuna qatılacaqlar.  Bundan başqa, Azərbaycan-Almaniya İkitərəfli əməkdaşlıq proqramına əsasən, Bakıda qüvvə planlaşdırılması üzrə ekspert danışıqları, sentyabrın 5-9-da Almaniyanın Oberamerqau şəhərinə Quru Qoşunları üçün döyüş hazırlığının qiymətləndirilməsi kursu (CREVAL), sentyabrın 6-8-də Stokholmda FTP-dən əlavə STANAG 6001 testləri ilə bağlı konfrans, sentyabrın 8-9-da Brüsseldə illik hərbi məlumat mübadiləsi çərçivəsində bildirişlərin hazırlanmasının icmal görüşü, sentyabrın 8-22-də Almaniyanın Qrafenvöhr şəhərində «Combined Endeavor-2011» təlimi keçiriləcək.
Azərbaycan-Almaniya İkitərəfli əməkdaşlıq proqramına əsasən, Almaniyanın İnqolştad şəhərində Mühəndislik məktəbinə tanışlıq səfəri, Azərbaycan-ABŞ iş planına əsasən, sentyabrın 12-15-də Bakıda Qərargah fəaliyyətləri və hərbi qərar qəbuletmə prosesi mövzusunda seminar nəzərdə tutulur.
Azərbaycan hərbçiləri sentyabrın 12-30-da Sloveniyanın Bohinjska Bela şəhərində keçiriləcək Hərbi dağ təliminin əsasları kursu və sentyabrın 12-14-də Almaniyanın Vaytefeld şəhərində keçiriləcək Su və Yanacaq (Water and Fuel) maddi-texniki təminat seminarında da iştirak edəcəklər.
/APA/


İqtisadiyyat
Ölkədə
QHT xəbərləri
AVCIYA.AZ Yuxarı