52 nəfər keçirilən qəbul imtahanlarından xaric olunub
Xəbərlər » Ölkədə / (1-09-2011, 12:59)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə avqustun 28-də keçirdiyi qəbul imtahanlarında qeydiyyatdan keçən 31251 abituriyentdən 433 nəfəri imtahana gəlməyib. Bu barədə APA-ya TQDK-nın mətbuat katibi Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, imtahan protokollarının ilkin təhlilinə əsasən, 52 nəfər müxtəlif mənşəli qanun pozuntularına yol verdiyinə görə imtahandan xaric olunub, nəticələr ləğv edilib.
E. Nağızadə deyib ki, bu gündən imtahan nəticələrinin emalına başlanıb. İmtahanın nəticələrinin sabah elan ediləcəyi gözlənilir. /APA/


İqtisadiyyat
Ölkədə
QHT xəbərləri
AVCIYA.AZ Yuxarı