Strasburqa Kiyev hazırlığı
Xəbərlər » Ölkədə / (1-09-2011, 14:54)

Şamaxının millət vəkili, AVRONEST Parlament Assambleyasında Azərbaycan Nümayəndə Heyətinin Rəhbəri, Avropa Şurası Parlament Assambleyasının üzvü Elxan Süleymanov 29-31 avqustda Kiyev şəhərində səfərdə olub. O, Şərq Tərəfdaşlığı ölkələrinin AVRONEST PA-da nümayəndə heyətlərinin rəhbərlərinin qeyri-formal görüşündə iştirak edib. Görüşdə Ukrayna və Azərbaycanla yanaşı, AVRONEST PA-da Gürcüstan, Moldova və Ermənistan nümayəndə heyətlərinin rəhbərləri də iştirak edib. Kiyevdə keçirilən görüş, AVRONEST PA-nın 14-15 sentyabr tarixdə Strasburqda keçiriləcək ilk sessiyasına hazırlıq məqsədi daşıyıb. Görüş zamanı sessiyada qəbul ediləcək sənədlər müzakirə edilib. Səfər zamanı qonaqları Ukrayna Ali Radasının sədri cənab Vladimir Litvin qəbul edib.


İqtisadiyyat
Ölkədə
QHT xəbərləri
AVCIYA.AZ Yuxarı