APA-nın xəbərinə görə, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Arzu Rəhimov deyib. Onun sözlərinə görə, Azərbaycanda Rusiya, Gürcüstan, İran və Türkiyə vətəndaşları olan miqrantlar üstünlük təşkil edir. A. Rəhimov deyib ki, Azərbaycanda miqrasiya ilə vağlı 20-dən çox qanun və normativ akt qəbul edilib, miqrantların hüquqlarının qoruması istiqamətində işlər görülür: "Əcnəbilərin qeydiyyata alınması prosesi də təkmilləşdirilib".
DMX rəisi bu ilin beş ayı ərzində xidmətə 20 min 663 miqrant tərəfindən müraciət daxil olduğunu bildirib. Onların 5707-si əmək fəaliyyəti ilə məşğul olmaq üçün icazələrin alınması ilə əlaqədardır. Bu tip müraciətlərin 3025-i fərdi əmək fəaliyyəti ilə məşğul olmaq üçün icazə almaq, 1682-si müqavilə müddətinin uzadılması ilə bağlıdır. /APA/