|
Bakının orta məktəblərində vakant müəllim yerlərinin sayı açıqlanıb
Vakant yerlər daha çox Bakının Xəzər, Sabunçu və Qaradağ rayonlarındakı orta məktəblərdədir. Rus dili fənni istisna olmaqla, paytaxt məktəblərində demək olar ki, bütün fənnlər üzrə müəllimlərə ehtiyac yaranıb. Bakıda daha çox fiziki tərbiyə (89 yer), ingilis dili (68 yer), informatika (29 yer), gənclərin çağırışa qədərki hazırlığı (28 yer), riyaziyyat (26 yer), ibtidai sinif müəllimi (23 yer) fənləri üzrə müəllimlərə ehtiyac duyulur. Vakant yerlərin siyahısı artıq BŞTİ tərəfindən Təhsil Nazirliyinə təqdim edilib. TN yaxın günlərdə vakant yerlərin siyahısını www.edu.gov.az saytında və "Azərbaycan müəllimi" qəzetində açıqlayacaq. Bu ildən Azərbaycanda müəllimlərin işə qəbulu üçün müsabiqə üç mərhələli olacaq. Birinci mərhələdə müəllim kimi çalışmaq üçün işə qəbul olmaq istəyənlərin elektron ərizələrindəki göstəricilər qiymətləndiriləcək. Daha sonra namizədlər test imtahanı verəcəklər. Yekunda - üçüncü mərhələdə isə namizədlər müsahibədən keçəcəklər. Müsahibə Təhsil Nazirliyinin yaratdığı komissiya tərəfindən aparılacaq. Həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu vakant yerlərə işə qəbul üçün namizədlər ümumi testlərin azı 60 faizinə cavab verməklə keçid balını toplamalıdırlar. /Trend/ Oxşar xəbərlər:
|












Bakı Şəhəri üzrə Təhsil İdarəsi