Milli Məclisin nümayəndə heyəti NATO Parlament Assmableyasının 57-ci sessiyasında iştirak edəcək
Xəbərlər » Ölkədə / (5-10-2011, 11:17)

Azərbaycan Milli Məclisinin nümayəndə heyəti NATO Parlament Assmableyasının (NATO PA) 57-ci sessiyasında iştirak edəcək. Bu barədə APA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib. Bununla əlaqədar olaraq, oktyabrın 6-da Milli Məclis sədrinin birinci müavini, NATO PA-da Azərbaycan parlamenti nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun başçılığı ilə deputatlar Siyavuş Novruzov, Məlahət İbrahimqızı, Tahir Süleymanov və Qüdrət Həsənquliyev Rumıniyanın paytaxtı Buxarest şəhərinə səfər edəcəklər.
Sessiya çərçivəsində keçiriləcək komitə iclaslarında kiber təhlükəsizliyinə dair, bioloji və kimyəvi təhdidlərə qarşı mübarizə ilə əlaqədar müzakirələr aparılacaq. Avropada çətin maliyyə mühiti ilə üzləşmə, iqtisadi böhran və maliyyə möhkəmliyi məsələləri nəzərdən keçiriləcək. Qurumun müvafiq komitələrində Liviya xalqının dəstəklənməsinə, Yaxın Şərqdə və Şimali Afrikada siyasi transformasiyaya, eləcə də Əfqanıstana dair qətnamə layihələrinə münasibət bildiriləcək.
Plenar iclasda NATO PA-nın prezidenti Karl Lamers və NATO-nun Baş katibi Anders Foq Rasmussen, həmçinin Rumıniyanın prezidenti Trayan Basesku, Rumıniya Senatının və Deputatlar Palatasının sədrləri çıxış edəcəklər. Səfər oktyabrın 10-da başa çatacaq.
/APA/


İqtisadiyyat
Ölkədə
QHT xəbərləri
AVCIYA.AZ Yuxarı