Orta ixtisas təhsili müəssisələrinə ərizə qəbuluna başlama vaxtı yenidən ertələndi
Xəbərlər » Ölkədə / (30-06-2011, 14:12)

Azərbaycanda orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasından (9 illik) ərizə qəbuluna başlanmasının vaxtı yenidən ertələnib. Bu barədə cümə axşamı Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, sənəd qəbuluna iyunun 30-dan başlanması nəzərdə tutulsa da, Nazirlər Kabineti (NK) orta ixtisas təhsili müəssisələrinə qəbul aparılacaq plan yerləri barədə məlumatları TQDK-ya təqdim etmədiyindən, komissiya sənəd qəbulunun başlanma vaxtını ertələyib.

Sənəd qəbulunun başlanma tarixi bu gün elan ediləcək.

Sənəd qəbulu İnternetlə aparılacaq.
TQDK əvvəl elan etdiyi kimi, orta təhsil bazasından (9 illik) orta ixtisas təhsili müəssisələrinə sənəd qəbuluna iyunun 28-dən başlamağı planlaşdırmışdı. Amma NK plan yerlərini təqdim etmədiyi üçün sənədlərin iyunun 30-dan qəbul ediləcəyi bildirilmişdi./Trend/


İqtisadiyyat
Ölkədə
QHT xəbərləri
AVCIYA.AZ Yuxarı