Eks-prezidentlərin statusu haqqında qanun layihəsi parlamentə tövsiyə olunub
Xəbərlər » Ölkədə / (5-10-2011, 17:21)

Azərbaycan Milli Məclisinin (MM) Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin iclası keçirilib. APA-nın məlumatına görə, iclasda “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında Azərbaycan Respublikasının Konstitusiya qanunu” layihəsi müzakirə olunub. İclasda qeyd edilib ki, qanun layihəsi eks-prezidentlərin və onların ailə üzvlərinin statusunu müəyyənləşdirir. Bu sənəddə keçmiş prezidentlərin və ailə üzvlərinin sosial təminatı, təhlükəsizliyi və s. məsələlər əksini tapıb. Çıxış edən komitə üzvləri layihəni mütərəqqi adlandırıblar. Müzakirələrdən sonra layihə parlamentin plenar iclasına tövsiyə olunub./APA/


İqtisadiyyat
Ölkədə
QHT xəbərləri
AVCIYA.AZ Yuxarı