Azərbaycanın çaylarında mövcud vəziyyət açıqlanıb
Xəbərlər » Ölkədə / (7-10-2011, 18:50)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın çaylarında sululuq ongünlük normanın 110-130, Kiçik Qafqazın çaylarında 75-105, Lənkəran-Astara bölgəsi çaylarında 20-80, Naxçıvan MR-sı çaylarında isə normanın 95-105 faizini təşkil edir. ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 140 m3/san, yəni ongünlük normanın 86 faizini (2010-cu ildə 220 m3/san olmaqla 136 faizini), Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 71 m3/san, yəni ongünlük normanın 74 faizini (2010-cu ildə 291 m3/san olmaqla 304 faizini) təşkil edir. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 428 sm (2010-cu il oktyabrın 07-də 452 sm), Şirvanda 387 sm (2010-cu il oktyabrın 07-də 351 sm ), Salyanda 400 sm (2010-cu il oktyabrın 07-də 370 sm), Bankədə 273 sm (2010-cu il oktyabrın 07-də 254 sm), Araz çayının Novruzlu məntəqəsində isə 220 sm (2010-cu il oktyabrın 07-də 195 sm) qeydə alınıb./APA/


İqtisadiyyat
Ölkədə
QHT xəbərləri
AVCIYA.AZ Yuxarı