ABŞ Azərbaycan və Türkiyə kimi müttəfiqlərini itirmək istəməz » Avciya.az
az | en | ru
Hörmətli oxucular!... Qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz ötüşüb... Mavritaniya Prezidenti Azərbaycana səfər edəcək... Azərbaycan və Moldova memorandum imzalayıblar... Azərbaycanda insan adlarının qoyulmasında yeni mexanizm tətbiq olunacaq... Azərbaycanda kənd təsərrüfatı məhsullarının dəyəri 1,3 milyard manatı ötüb... Ukrayna Azərbaycanla siyasi məsələlərdə mövqelərini yaxınlaşdırmaq niyyətindədir ... Azərbaycanda azad mətbuatın inkişafı üçün dövlət bütün hüquqi və maddi şərait yaradıb... Paytaxtda 375 ünvanda 1078 təhlükəsizlik kamerası quraşdırılıb... Azərbaycanın müdafiə naziri Polşanın ölkəmizdəki səfirini qəbul edib...
5 Mart 2010, 15:03    ABŞ Azərbaycan və Türkiyə kimi müttəfiqlərini itirmək istəməz
ABŞ Azərbaycan və Türkiyə kimi müttəfiqlərini itirmək istəməz Azərbaycan Parlamentinin sədri hesab edir ki, ABŞ Konqresi Xarici əlaqələr komitəsinin qərarına baxmayaraq, ABŞ Prezidenti müdriklik nümayiş etdirərək "erməni soyqırımı" ilə bağlı qərarın qəbul olunacağına imkan verməyəcək.
"Konqresdə "erməni soyqırımı"l ilə bağlı qərarın erməni lobbisinin təzyiqləri hesabına qəbul olunduğu şübhəsizdir. Amma fikrimcə, 2007-ci ildə olduğu kimi, yenə də Barak Obama və Dövlət Departamenti "erməni soyqırımı" ilə bağlı növbəti addımların atılmasına imkan verməyəcək", - spiker Oqtay Əsədov Milli Məclisin bu gün keçirilən iclasında bildirib.
Əsədovun fikrincə, "erməni soyqırımı" ilə bağlı Türkiyənin əleyhinə yönələcək digər addımların atılmasının qarşısının alınması üçün Türkiyə və Azərbaycan deputatları birgə çalışmalıdırlar.
"Çünki Türkiyəyə təzyiq həm də Azərbaycana qarşı yönəlib. Bunu nəzərə alaraq hər iki ölkənin parlament üzvləri ABŞ konqresmenləri ilə əlaqələri möhkəmləndirməlidirlər", - sədr vurğulayıb. ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsi cümə axşamı keçirdiyi iclasda 23 səs "lehinə", 22 səs "əleyhinə" olmaqla qondarma "erməni soyqırımı"nın tanınmasına dair qətnaməni qəbul edib./Trend/
Kateqoriya: Xəbərlər » Ölkədə
 Dostuna yolla       Çap versiyası