Azərbaycan ABŞ-dakı səfirini geri çağırmalıdır – deputat » Avciya.az
az | en | ru
Hörmətli oxucular!... Qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz ötüşüb... Mavritaniya Prezidenti Azərbaycana səfər edəcək... Azərbaycan və Moldova memorandum imzalayıblar... Azərbaycanda insan adlarının qoyulmasında yeni mexanizm tətbiq olunacaq... Azərbaycanda kənd təsərrüfatı məhsullarının dəyəri 1,3 milyard manatı ötüb... Ukrayna Azərbaycanla siyasi məsələlərdə mövqelərini yaxınlaşdırmaq niyyətindədir ... Azərbaycanda azad mətbuatın inkişafı üçün dövlət bütün hüquqi və maddi şərait yaradıb... Paytaxtda 375 ünvanda 1078 təhlükəsizlik kamerası quraşdırılıb... Azərbaycanın müdafiə naziri Polşanın ölkəmizdəki səfirini qəbul edib...
5 Mart 2010, 15:03    Azərbaycan ABŞ-dakı səfirini geri çağırmalıdır – deputat
Azərbaycan ABŞ-dakı səfirini geri çağırmalıdır – deputatAzərbaycan Parlamentinin deputatı hesab edir ki, ABŞ Konqresinin Xarici əlaqələr komitəsi qondarma "erməni soyqırımı" ilə bağlı qətnamə qəbul etdiyinə görə Azərbaycan da adekvat addımlar atmalıdır. "Biz hökumət və Xarici İşlər Nazirliyi qarşısında ABŞ-dakı səfirimizin geri çağırılması ilə bağlı məsələ qaldırmalıyıq", - Trend News-un məlumatına görə, cümə günü Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev bildirib.
Həsənquliyevin sözlərinə görə, ABŞ-ın Azərbaycana uzun müddətdir səfir təyin etməməsi dövlətimizə qarşı hörmətsizlikdir.
"Səfir təyinatının uzun müddət yubanmasında siyasi maraqlar dayanır. ABŞ bununla Azərbaycana bir təzyiq vasitəsi kimi istifadə edir", - millət vəkili əlavə edib.
Türkiyə cümə axşamı ABŞ-dakı səfiri Namiq Tanı geri çağırıb. Məlumatı CNN Turk telekanalı yayıb.
Bundan əvvəl, ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsi cümə axşamı keçirdiyi iclasda 23 səs "lehinə", 22 səs "əleyhinə" olmaqla qondarma "erməni soyqırımı"nın tanınmasına dair qətnaməni qəbul edib./Trend/
Kateqoriya: Xəbərlər » Ölkədə
 Dostuna yolla       Çap versiyası